Feysəl ibn Əbdüləziz Əl Səud (ərəb. فيصل بن عبدالعزيز آل سعود; 14 aprel 1905[1], Ər-Riyad[4] – 25 mart 1975[2][3][…], Ər-Riyad) — Səudiyyə Ərəbistanının kralı (1964–1975).
Feysəl ibn Əbdüləziz Əl Səud | |
---|---|
ərəb. فيصل بن عبدالعزيز آل سعود | |
Səudiyyə Ərəbistanının kralı | |
2 noyabr 1964 – 25 mart 1975 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1905[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 mart 1975[2][3][…] (69 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | monarx, siyasətçi, dövlət xadimi, hərbi qulluqçu |
Atası | Əbdüləziz bin Əbdürrəhman əs-Səud |
Ailəsi | Səudlar |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
1964–1975-ci illər arasında Səudiyyə Ərəbistanı Krallığının başçısı olmuş Feysəl kral Əbdüləziz Əl Səudun üçüncü oğludur. Anası isə Şeyx Məhəmməd ibn Əbdülvəhhabın nəslindən olan Tərfə bint Abdullah ibn Əbdüllətif əl-Şeyx idi. 1906-cı ildə Ər-Riyad şəhərində anadan olmuş Feysəl anasının valideynlərinin evində tərbiyə almış, onlardan dövrün müxtəlif elmlərini öyrənmişdi. Anasının vəfatından sonra da bu ailədə yaşayan Feysələ atası kral Əbdüləziz erkən yaşlarından siyasətlə məşğul olmağı öyrətmişdir. Belə ki, o, 13 yaşlı Feysəli Birinci dünya müharibəsinin başa çatması ilə əlaqədar İngiltərə və Fransada keçirilən müxtəlif konfranslarda iştirak etmək üçün xaricə göndərir. Artıq 1939-cu ildə Feysəl, Fələstin problemi ilə əlaqədar keçirilən və "Dəyirmi masa" adı ilə məşhur olan "London" konfransında iştirak edən Səudiyyə nümayəndə heyətinin başçısı idi. Eləcə də o, 1945-ci ildə "San-Fransisko" konfransında BMT-nin təsis müqaviləsini imzalayan Səudiyyə nümayəndə heyətinə rəhbərlik edir.
Ölkə müstəvisində isə Feysəl 1922-ci ildə Əsir bölgəsindəki gərgin vəziyyətin aradan qaldırıması üçün Səudiyyə ordusuna komandanlıq edir. Sonralar – 1934-cü ildə isə Feysəl Səudiyyə-Yəmən müharibəsinin iştirakçısı olur. Atasının hakimiyyəti dövründə bir çox vəzifəyə təyin edilən Feysəl 1926-cı ildə Hicazın naibi, 1927-ci ildə isə Şura Məclisinin sədri seçilir. 1932-ci ildə xarici işlər naziri vəzifəsinə çəkilən Feysəl bu vəzifədə 1975-ci ilə qədər qalır.
BMT-nin Fələstin ərazisində iki dövlətin qurulması ilə əlaqədar çıxardığı qərardan sonra Feysəl atasından ABŞ-la diplomatik əlaqələri kəsməyi tələb etsə də, buna nail ola bilmir. Qüds şəhərini ilk dəfə 1965-ci ildə ziyarət edən Kral Feysəl buraya onun sionistlərdən azad edildikdən sonra ikinci dəfə ziyarət edəcəyini və əl-Əqsa məscidində namaz qılacağını niyyət edir. Kral Feysəl Qüdsün müsəlmanlara qaytarılmayacağı təqdirdə bütün neft quyularının bağlanılacağı ilə Qərbi hədələməyə başlayır.
1964-cü il mart ayının 29-da də kral seçilən Feysəl ölkənin inkişafı üçün bir sıra addımlar atır. 1973-cü ildə Səudiyyə hərbi qüvvələrinin yenidən ən müasir silahlarla təchiz edilməsi planını həyata keçirir. Kral Feysəl elə həmin il ABŞ-yə və İsraili dəstəkləyən dövlətlərə ərəb neftininin ixracının dayandırılmasını əmr edir və bu da son nəticədə neft qiymətlərinin 4 dəfə artmasına və qlobal böhrana səbəb olur. 1973-cü ildə ABŞ-nin "Taym" jurnalı onun "İlin adamı" elan edir.
Hakimiyyəti illərində krallığın iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirən Kral Feysəl suvarma əkinçiliyinə və aqrar sənayeyə böyük diqqət ayırmış, sənaye və kənd təsərrüfatı sahələri üzrə sığorta şirkətlərinin təsisinə şərait yaratmışdı. Unudulmamalıdır ki, 60-cı illərin sonunda dövlətin büdcəsi iflasa uğradığı zaman ölkənin iqtisadi qüdrətini özünə qaytaran, məhz Kral Feysəl olmuşdur. Onun xidmətləri sayəsində Səudiyyə Ərəbistanı Krallığı ərəb-islam ölkələri arasında və beynəlxalq səviyyədə etibar əldə etmişdir.
Kral Feysəl ölkəsinin həm daxili, həm də xarici siyasətində "himayədarlıq", "müstəqillik", "ölkəsinin mənliyi" və "islam həmrəyliyini müdafiəetmə" kimi prinsiplərdən çıxış edirdi. O, müsəlman ölkələrini birləşdirən bir təşkilatın təsisi üçün çalışmış və bunun üçün bir sıra islam ölkələrinə səfər etmişdi. Bütün bu zəhmətlərin bəhrəsi kimi Kral Feysəl İslam Konfransı Təşkilatının yaradılmasına müvəffəq olur. Onun diplomatik səyləri nəticəsində dünyanın bir çox dövləti ilə İsrail arasındakı diplomatik əlaqələrə son qoyulur.
1975-ci il mart ayının 25-də Küveytin neft naziri Əbdülmüttəlib əl-Kazimini Krallıq divanxanasında qarşılayan Kral Feysələ qarşı sui-qəsd həyata keçirilir. Belə ki, qardaşı oğlu Feysəl ibn Müsaid ona tapançadan atəş açır. Güllələrdən birinin boğazına dəyməsi və ana arteriyanı zədələməsi Kral Feysəlin ölümünə səbəb olur. Kral Feysəl Ər-Riyaddakı əl-Övd qəbiristanlığında dəfn edilmişdir.
İndiyədək bu sui-qəsdin arxasında kimlərin durması qaranlıq qalır.