Afioga Fiamē Naomi Mata ʻ afa (29 aprel 1957, Apia)[1] (Şablon:IPA-sm) Samoanın yeddinci Baş Naziridir və eyni zamanda [[Faʻatuatua i le Atua Samoa ua Tasi]] (FAST) partiyasının lideri vəzidəsində[2][3] -ci ildən bəri xidmət edən Samoalı siyasətçi və ölkənin Ali Rəisdir (matai).[4]
Fiame Naomi Mataafa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 aprel 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya | [[Faʻatuatua i le Atua Samoa ua Tasi]] (since 2021) |
Təhsili | Victoria University of Wellington |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Samoa tarixinin ilk baş naziri olmuş Fiamē Mataʻafa Faumuina Mulinuʻu II- nin qızı olan Mata'afa da öz növbəsində Samoanın hökumət başçısı vəzifəsini icra edən ilk qadın və 1982-ci ildən bəri İnsan Hüquqlarını Müdafiə Partiyasının (HRPP) üzvü olmayan ilk qadın siyasətçidir. 2020-ci ilə qədər HRPP-nin üzvü olub, O həm də Samoa tarixində Nazirlər Kabinetinə təyin olunan ilk qadın olub. Mata'afa 1991–2006-cı illər arasında ölkədə baş nazir postunu tutmuş Tofilau Eti Alesana və [[Tuilaʻepa Saʻilele Malielegaoi|Tuilaʻepa Saʻilele Malieleqaoi]] hökumətlərində Təhsil Naziri vəzifəsini icra etmişdir. Bundan əlavə o, 2006–2011-ci illərdə Qadın naziri, 2011–2016-cı illərdə isə Ədliyyə naziri vəzifələrini icra edib.
Mata'afa 2016–2020-ci illər arasında Samoanın ilk qadın baş nazirinin müavini və HRPP liderinin müavini vəzifəsində çalışıb, ancaq o mübahisəli Torpaq və Titllər Qanununa qarşı istefa verib. Növbəti il yeni yaradılmış FAST partiyasına qoşuldu. Partiyanın 2021-ci ilin martında keçirdiyi seçdikdə yekdilliklə partiyanın lideri seçildi[5][6][7]
Mata ʻ 2021-ci il seçkilərində lazım olan səs çoxluğunu qazandı, lakin məğlub olan keçmiş Baş nazir [[Tuilaʻepa Saʻilele Malielegaoi]] vəzifəsini tərk etməkdən imtina etdi və yaranmış bu vəziyyət 2021-ci ildə Samoa konstitusiya böhranına səbəb oldu. Böhran 23 iyul 2021-ci ildə Samoanın Apellyasiya Məhkəməsi tərəfindən həll edildi və məhkəmə Mata ʻ fanın həmin ilin 24 Maydan bu yana ölkənin baş nazir olduğuna qərar verdi.[8][9][10]