Fidan Əlizadə (19 iyun 2005[1]) ― 57 kq çəki dərəcəsində yarışan azərbaycanlı cüdoçu.[2] 2022-ci ildə Yeniyetmələr arasında Avropa Çempionatında və 2024-cü ildə gənclər arasında Avropa çempionatında qızıl medalın sahibi olmuşdur.
Fidan Əlizadə | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 19 iyun 2005[1] (19 yaş) | |||||||||||||||||||||||||||||||
İdman növü | cüdo | |||||||||||||||||||||||||||||||
Komandası | Neftçi İK | |||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||
16 noyabr 2024 tarixində yenilənib. |
2020-ci ildə Əlizadə İspaniyanın Fuenxirola şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda mübarizə aparmış, lakin yer tuta bilməmişdir.[3]
2022-ci ildə o, bir neçə yeniyetmələr arası Avropa Kubokunda mübarizə aparıb, Buxarestdə keçirilən turnirdə qızıl medal, Fuenxirolada keçirilən tirnirdə isə bürünc medal qazanıb. Əlizadə iyun ayında Xorvatiyanın Poreç şəhərində keçirilən 2022 yeniyetmələr arasında Avropa çempionatında iştirak edib. O, qadınlarda –57 kq çəki dərəcəsində qızıl,[4][5] qarışıq komandalar üzrə isə Azərbaycan komandasının tərkibində isə bürünc medal qazanıb.[6] Həmin il Əlizadə Banska-Bistritsada keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanıb.[7] Sarayevoda keçirilən 2022 yeniyetmələr arasında dünya çempionatında mübarizə aparıb.[8] Çempionatın yarımfinalında ayağından zədə alıb. Final oyununda püşkatmanın nəticəsinə görə mübarizə aparmalı olan Əlizadə zədəli olduğu üçün komanda oyunda iştirak etməyib. Nəticədə yarışın qalibi avtomatik olaraq digər komanda təyin edilib və Azərbaycanın komandası çempionatı gümüş medalla başa vurub.[9]
2023-cü ildə Berlində keçirilən gənclər arasında Avropa Kubokunda gümüş medal qazanıb.[10] Əlizadə 2023-cü ildə yeniyetmələr arasında Avropa çempionatında və gənclər arasında dünya çempionatında mübarizə aparıb. O, həmçinin 2023 cüdo üzrə qarışıq komandalar arasında Avropa çempionatında Azərbaycanı təmsil edib. Əlizadə 2023 Avropa Oyunlarında Azərbaycanı cüdoda təmsil edən komandanın tərkibində olub.[11]
Əlizadə 2024-cü ildə Berlində keçirilən gənclər arasında Avropa Kubokunda qızıl medal qazanıb. O, 5 sentyabr 2024-cü ildə Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanaraq ikinci dəfə dəfə Avropa çempionu olmuşdur.[12] Oktyabr ayında Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında çıxış edərək 7-ci yeri tutub.[13] Eyni ilin noyabrında Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatında mübarizə aparan Əlizadə 57 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.[14]