Fiest

Fiest və ya Tiest ( q.yun. Θυέστης) — yunan mifologiyasında personaj.[4] O, Pelops və Hippodamiyanın oğlu, Atreyin qardaşı, Egisfin atasıdır. Fiestin adı "İliada" və "Odisseya"da xatırlanır. Fiestin mifi bütün yunan mifologiyasındakı ən dəhşətli miflərdən biri hesab edilir. Sofoklun indiki dövrə qədər gəlib çatmamış faciə trilogiyası bu mifə həsr edilmişdir.

Fiest
q.yun. Θυέστης
Cinsi kişi[d]
Atası Pelops[1]
Qardaşı və bacısı Atrey
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İncəsənətdə

[redaktə | mənbəni redaktə et]

Sofoklun "Arteya və ya mikenalılar", "Birinci Fiest", "Fiest", "Fiest Sikionda" faciələrinin, Evripidin "Kritlilər" və "Fiest" faciələrinin,[5] Karkina Kiçiyin, Aqafonun, Diogenin, Kleofontun, Heremonun, Tarslı Apollodorun, Pakuviyanın, Enniyanın, Senekiyalı Variyanın "Fiest" komediyasının baş qəhrəmanıdır.[6]