Fikrət Babayev (hakim)

Fikrət Babayev (1 iyul 1938, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (1998–2012).

Fikrət Babayev
Fikrət Babayev
bayraq
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
bayraq2
14 iyul 1998 – 8 oktyabr 2012
SonrakıMahir Muradov
Şəxsi məlumatlar
Doğum tarixi (86 yaş)
Doğum yeri Qıvraq, Kəngərli rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR,SSRİ

Təltifləri "Tərəqqi" medalı

1 iyul 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qıvraq kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1967-ci ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Daxili İşlər Nazirliyinin müstəntiqi vəzifəsində fəaliyyətə başlamışdır. 1967-ci ildən 1975-ci ilədək Daxili İşlər Nazirliyində müstəntiq, 1975–1978-ci illərdə Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini, 1978-ci ildən 1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq şöbəsinin rəisi vəzifəsində, 1992-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləmişdir.

14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikasının qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.

2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Ailəlidir dörd övladı var.

2012-ci il oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.[1]

Ailəlidir, dörd övladı var.

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.