Fikrət Məmmədov (gizir)

Fikrət Bayram oğlu Məmmədov — Azərbaycanlı şəhid.

Fikrət Məmmədov
Fikrət Bayram oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Düzyurd, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Ağdam rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Düzyurd, Gədəbəy rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1983-1985 / 1987-1992
Rütbə Gizir
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədov Fikrət Bayram oğlu 7 aprel 1965-ci ildə Gədəbəy rayonunun Düzyurd kəndində anadan olmuşdur. O, 1972-ci ildə Düzyurd kənd orta məktəbinə getmiş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cu ildə hərbi xidmətə çağırılmış və 1985-ci ildə hərbi borcunu yerinə yetirmişdir. 1 iyun 1987-ci ildə 332 №-li peşə məktəbində oxumuşdur. Gizir Məmmədov Fikrət Bayram oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrində 29 sentyabr 1992-ci il tarixdən xidmət edib. Ağdərə rayonunda gedən döyüşlərdə, 1992-ci il dekabrın 20-də şəhid olmuşdur. Düzyurd kənd orta məktəbinə onun adı verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).