Düzyurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düzyurd kənd inzibati ərazi dairəsində kənd.[1]
Düzyurd | |
---|---|
40°32′36″ şm. e. 45°46′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.560 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2111 |
Gədəbəy çayının sahilində, Başkənd-Dəstəfur çökəkliyindədir. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində həmin r-ndakı Gərgər (əsli Qarqar) kəndindən köçüb gəlmiş huydumlu və qırtdanlı nəsillərinə mənsub ailələr Düzyurd adlı ərazidə salmışlar. Coğrafi ad obyekti relyef cəhətdən təyin edir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1793 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.