Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.
Fikrət Sadıqov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1940 (84 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kimya |
Elmi adı | |
|
|
Təltifləri |
|
Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür.
Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir. Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır.
Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur. Səthi aktiv maddə olan alkilbenzolsulfanatın natrium duzunun istehsalında xlorparafinlərin benzolla alkilləşməsinin yeni mükəmməl texnologiyası tədqiq edilib, yeni texnologiya sənayedə tətbiq edilmişdir. Nəticədə milyon dollarla gəlir əldə edilmişdir.
Pirolizin ağır qətranından naftalinin ayrılması texnologiyası işlənib hazırlanmış, sənayedə yoxlanmışdır.
Etilenin benzolla alkilləşməsinin prinsipcə yeni texnologiyası işlənib hazırlanmış, sənayedə tətbiq olunmuşdur. Bu proses klassik metoddan fərqli olaraq 2,5 atm. təzyiqdə aparılıb, benzolun konversiyası yüksəlmiş, di-tri-poli alkilbenzolların çıxımı kəskin azalmışdır.
Onun rəhbərliyi ilə pirolizin maye məhsullarının doymamış karbohidrogenlərinin aliqomerləşməsi və benzolun ayrılması və yeni texnologiya ilə etilbenzol istehsalı prosesi hazırlanıb həyata keçirilmişdir. Hal hazırda F. Sadıqovun rəhbərlik etdiyi qrupda bu sahədə elmi işlər davam etdirilir.
Onun rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.170-dən çox elmi əsərin, o cümlədən 41 müəlliflik şəhadətnaməsinin, 35 patentin müəllifidir. 100-dən çox səmərələşdirici təklifi var. Dəfələrlə simpozium və konfranslarda çıxış etmişdir.
1. Садыгов Ф. М., Рустамов М. И., Бабаев А. И., Казымов С. М., Фархадова Г. Т., Гаджиева Т. А., Ибрагимов Х. Д., Азизова Н. К., Юсифзаде Ф. Ю. Рациональная схема переработки пироконденсата и фракции С6-С8 Сумгаитского комплекса "ЭП-300". Нефтепереработка и нефтехимия. Москва, 2004, № 12, стр.37
2. Садыгов Ф. М., İmamverdiyev Y. N., Allahverdiyev Y. M. Etilen polietilen istehsalında alınan əlavə məhsulların səmərəli istifadə yolları. Eko energetika elmi texniki jurnal № 2 2012 Səh.72–75
3. Циклаури О. Г., Саруханишвили А., Квеселава В. М., Манафов М. Р., Садыхов Ф. М., Алосманов М. С. Южно-Кавказский регион-концепция единой метастабильной экосистемы. Мониторинг антропогенных и техногенных отходов и их экологически безопасная утилизация. Химический журнал Грузии № 1 2012 стр.67–71
4. Садыгов Ф. М., Самедзаде Г. М., Джахандаров Ш. Д., Байрамов О. Ф., Садыгова Н. С. Исследования процессов грануляции и очистки воды дробленными частицами и гранулами, полученными из пылевидной глины. Azərbaycan Kimya Jurnalı. № 4 2014. Səh.76–82
5. Садыгов Ф. М., Магеррамова З. Ю., Гусейнов И. А., Гаджиев Г. Н., Мамедова И. Г., Садыгова Н. С., Гейдарлы Н. И. Kомплексная переработка легкой смолы пироконденсата производстваэп-300. Azərbaycan Kimya Jurnalı № 4, 2015. Səh.50.
6. Садыгов Ф. М., Магеррамова З. Ю., Гаджиев Г. Н., Гейдарлы Н. И., Гасан-заде Г. Г., Мамедова И. Г., Садыгова Н. С. Сочетание технологического режима пиролиза и качественного состава тяжелой смолы. Аз. Хим журнал № 4 2016
7. Садыгов Ф. М., Магеррамова З. Ю., Гаджиев Г. Н., Гусейнов И. А., Гейдарлы Н. И., Гасан-заде Г. Г. Пути извлечения нафталиновой фракции из тяжелой смолы пиролиза. M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları.15–16 noyabr 2016.
8. Келбалиев Г. И., Садыгов Ф. М., Самедзаде Г. М., Мамедов А. Н., Тагиев Д. Б.. "Теория и практика гранулирования порошкообразных материалов". Баку: ЭЛМ. 2016. 330с.
9. Садыгов Ф. М., Магеррамова З. Ю., Гаджиев Г. Н., Гейдарлы Н. И., Джахандаров Ш. Д., Мамедова И. Г. Рациональная комплексная переработка легкий смолы, полученной при пиролизе углеводородного сырья. Нефтепереработка и нефтехимия № 7. Научно-технические достижения и передовой опыт. 2017г.стр.21–24. Москва
[2]
1. Respublika Dövlət mükafatı laureatı(1980)
2. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuş(1986)
3. Əmək Veteranı medalı ilə təltif olunmuşdur(1986)
4. SSRİ-nin Fəxri Kimyaçısı adını almış(1989)
5. EP-300 qurğusunun bərpasına görə Respublikanın Əməkdar mühəndisi adı verilmişdir(1993).
6. Yusif Məmmədəliyev adına medalla təltif olunmuş(1996).