Filarioz

Filarioz — Filarioidea cinsinə aid olan parazitar qurdlarının törətdiyi parazitar xəstəlik.[3] Onlar qara milçək və ağcaqanad kimi qanla qidalanan həşəratlar tərəfindən yayılır və helmintozlar adlanan xəstəliklər qrupuna aiddir.

Filarioz
XBT-10-KM B74, B74.9, B74.8, B74.1, B74.3, B74.4, B74.0, B74.2
XBT-9-KM 125.9[1][2]
MeSH D005368

Bu parazitlər vəhşi təbiətdə Cənubi Asiyanın, Afrikanın, Cənubi Sakit okeanınCənubi Amerikanın subtropik hissələrində mövcuddur. Onlara Avropa və ya ABŞ kimi mülayim iqlimi olan bölgələrdə rast gəlinmir.[4]

Filarial qurdlarla yoluxmuş şəxslər, onların periferik qanında mikrofilariyanın aşkar edilib-edilməməsindən asılı olaraq ya "mikrofilaraemik" və ya "amikrofilaraemik" kimi təsvir edilə bilər. Filariaz mikrofilaria hallarında ilk növbədə periferik qanda mikrofilariyanın birbaşa müşahidəsi ilə diaqnoz qoyulur. Gizli filarioz amikrofilaraemik hallarda klinik müşahidələr əsasında və bəzi hallarda qanda dövran edən antigenin tapılması ilə diaqnoz qoyulur.

Bədənin təsir etdiyi hissədən asılı olaraq filarial qurdları üç növə bölünürlər:

  • Limfatik filariozu — Vuchereria bancrofti, Brugia malayi və Brugia timori qurdları tərəfindən törədilir. Bu qurdlar limfa sistemini, o cümlədən limfa düyünlərini kolonizasiya edir və xroniki hallarda bu qurdlar fil xəstəliyinə səbəb olur.
  • Dərialtı filariozu — Loa loa (göz qurdu), Mansonella streptocerca və Onchocerca volvulus parazitlər törədir. Bu qurdlar yalnız dərinin altında bir təbəqə tutur. loa Loa — loa filariasis, Onchocerca volvulus isə onxoserkoza (çay korluğu) səbəb olur.
  • Seroz boşluq filariozu — qarın boşluğunun seroz boşluğunu tutan Mansonella perstans və Mansonella ozzardi qurdları törədir.

Adətən bir toxumada qalan yetkin qurdlar mikrofilariya kimi tanınan erkən sürfələr formalarını insanın qanına buraxırlar.

Limfatik filariozın ən yayılan simptomu fil xəstəliyidir - dərinin və altdakı toxumaların qalınlaşması ilə şiş. Bu ağcaqanad dişləmələri ilə ötürülən ilk xəstəlikdir.[5] Fil xəstəliyi limfa sistemində parazitlər məskunlaşdıqda baş verir. Fil xəstəliyi zamanı əsasən aşağı ətraflar, nadir hallarda qulaqlarselikli qişalar təsirlənir. Bununla belə, müxtəlif növ filarial qurdlar bədənin müxtəlif hissələrinə təsir göstərir — Vuchereria bancrofti ayaqlara, qollara, vulvaya, döşlərə və xayaya təsir göstərə bilər (hidroselin əmələ gəlməsinə səbəb olur), Brugia timori isə nadir hallarda cinsiyyət orqanlarına təsir göstərir. Fil xəstəliyinin xroniki mərhələlərində olanlar adətən mikrofilariyalardan (amikrofilariyalardan) azad olurlar və tez-tez mikrofilariyalara, eləcə də yetkin qurdlara qarşı mənfi immunoloji reaksiyalara malikdirlər.[5] Dərialtı qurdlar səpgi, köpəşmələr, həmçinin hiper və hipopiqmentasiyalı ləkələri ilə özünü göstərir.

Onchocerca volvulus gözlərdə özünü göstərir və dünyada korluğun əsas səbəblərindən biri olan "çay korluğuna" (onxoserkoz) səbəb olur. Seroz boşluq filariozu qarın ağrısı ilə yanaşı, dərialtı filariozlara bənzər simptomlarla özünü göstərir, çünki bu qurdlar dərin toxumalarda da yaşayır.

Dirofilaria immitis (Ürək qurdları) lenfomalı bir itin limfa düyünlərində mikrofilarialar. Bu körpə nematod xərçəngin çoxsaylı əlamətlərini göstərən yetişməmiş orta və böyük limfositlərdən ibarət bir torbada yerləşir.[6]

Filarioz adətən nazik və qalın qan yaxmalarında mikrofilariyanın müəyyən edilməsi ilə diaqnoz qoyulur. Barmağı sancdıqda barmaq ucunun kapilyarlarından qan alınır; qan nümunəsi üçün daha böyük damarlar istifadə edilə bilər, lakin ciddi vaxt məhdudiyyətlərinə riayət edilməlidir.

Qan ötürücü həşəratların qidalanma fəaliyyətini əks etdirən uyğun vaxtda götürülməlidir. Məsələn ağcaqanad tərəfindən daşınan V. bancrofti — gecə qan ğötürmək üçün üstünlük verilən vaxtdır. Loa loa maral milçəyi tərəfindən daşınır - gündüz qan ğötürmək üçün üstünlük verilir.[7] Bu diaqnostik üsul yalnız qanı ağciyərlərdən dəriyə daşıyıcı kimi istifadə edən mikrofilariyalar üçün uyğundur.

M. streptocerca və O. volvulus kimi bəzi filarial qurdlar qandan istifadə etməyən mikrofilariyalar əmələ gətirir; onlar yalnız dəridə yaşayırlar. Bu qurdlar üçün diaqnoz dəri hissələrinə əsaslanır və istənilən vaxt həyata keçirilə bilər.

Konsentrasiya üsulları

[redaktə | mənbəni redaktə et]

Müxtəlif konsentrasiya üsulları tətbiq olunur: membran filtri, Knott konsentrasiyası üsulu və çökmə üsulu.

Diaqnoz qoymaq üçün dövran edən filarial antigenləri aşkar edən polimeraza zəncirvari reaksiya və antigenik analizlər də mövcuddur. Sonuncular amikrofilaraemik hallarda xüsusilə faydalıdır. Spot antigen testləri[8] daha həssasdır və gecə vaxtı yox istənilən vaxt test etməyə imkan verir.

Limfa düyünlərinin aspiratı və şiloz maye də mikrofilariyaya səbəb ola bilər. KT və ya MRT kimi tibbi görüntüləmə, şilyoz mayedə filarialı aşkar edə bilər.

Tövsiyə olunan müalicə ivermektin ilə birləşdirilmiş albendazoldur.[9][10] Dietilkarbamazin və albendazolun birləşməsi də təsirlidir.[9][11] Dərmanların yan təsirləri arasında ürəkbulanma, qusma və baş ağrıları var.[12] Dərmanlar insanın sağlamlığı üçün vacib olsa da, düzgün gigiyena da tələb olunur.[13]

2003-cü ildə fil xəstəliyinin müalicəsi üçün geniş yayılmış antibiotik - doksisiklin təklif edilmişdir.[14]

Tədqiqat qrupları

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Uilliam K. Kampbell və Satoşi Omura ivermektinin daha təkmilləşmiş formasında limfatik filariazın baş verməsini azaldan avermektin dərmanının kəşfinə görə fiziologiyatibb üzrə həmin il Nobel mükafatına layiq görülmüşdülər.[15]

Filariasis həmçinin mal-qara, qoyunit kimi ev heyvanlarına da təsir edə bilər.

  • Zərərli hemorragik dermatit mal-qarada Parafilaria bovicola tərəfindən törədilən klinik xəstəlikdir.
  • Mal-qarada dəridaxili onxoserkoz Onchocerca dermata, O. ochengi və O. dukei səbəbiylə dəri zədələri ilə nəticələnir. O. ochengi insan O. volvulus onxoserkozla (çay korluğu) ilə sıx əlaqəlidir, eyni vektoru paylaşır və insan təbabəti tədqiqatlarında faydalı ola bilər.
  • Stenofilaria assamensis və başqaları Asiyada mal-qarada müxtəlif xəstəliklərə səbəb olur.
  • “Yay ​​qanaxmaları” baş və yuxarı ətraflarda Parafilaria multipapillosa (Şimali Afrika, Cənubi və Şərqi Avropa, Asiya və Cənubi Amerika) tərəfindən törədilən hemorragik dərialtı düyünlərdir.[16]
  • Ürək filariozuna Dirofilaria immitis səbəb olur.
  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. Center for Disease Control and Prevention. "Lymphatic Filariasis". 27 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2010.
  4. Prevention, CDC-Centers for Disease Control and. "CDC - Lymphatic Filariasis - General Information - Frequently Asked Questions". www.cdc.gov. 17 September 2020. 15 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2023.
  5. 1 2 "Lymphatic filariasis". Health Topics A to Z. Source: The World Health Organization. 2011-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-24.
  6. Wheeler, Lance. "Microfilaria of Dirofilaria immitis (Heartworms) Surrounded by Neoplastic Lymphocytes". Flickr (ingilis). 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2017.
  7. Metzger, Wolfram Gottfried; Mordmüller, Benjamin. "Loa loa—does it deserve to be neglected?". The Lancet Infectious Diseases (ingilis). 14 (4). April 2014: 353–357. doi:10.1016/S1473-3099(13)70263-9. PMID 24332895. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  8. "Seva Fila" (PDF). JB Tropical Disease Research Centre & Department of Biochemistry, Mahatma Gandhi Institute of Medical Sciences. 2012-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-10.
  9. 1 2 The Carter Center, Lymphatic Filariasis Elimination Program, 2008-07-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2008-07-17
  10. U.S. Centers for Disease Control, Lymphatic Filariasis Treatment, 2010-05-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2008-07-17
  11. Taylor MJ, Hoerauf A, Bockarie M. "Lymphatic filariasis and onchocerciasis". Lancet. 376 (9747). October 2010: 1175–85. doi:10.1016/s0140-6736(10)60586-7. PMID 20739055.
  12. Turkington, Carol A. "Filariasis". The Gale Encyclopedia of Public Health. 1: 351–353.
  13. Hewitt, Kirsten; Whitworth, James AG. "Filariasis". Medicine. 33 (8). 1 August 2005: 61–64. doi:10.1383/medc.2005.33.8.61.
  14. Hoerauf A, Mand S, Fischer K, Kruppa T, Marfo-Debrekyei Y, Debrah AY, Pfarr KM, Adjei O, Buttner DW, "Doxycycline as a novel strategy against bancroftian filariasis-depletion of Wolbachia endosymbionts from Wuchereria bancrofti and stop of microfilaria production", Med Microbiol Immunol (Berl), 192 (4), 2003: 211–6, doi:10.1007/s00430-002-0174-6, PMID 12684759
  15. Andersson, Jan; Forssberg, Hans; Zierath, Juleen R., "Avermectin and Artemisinin - Revolutionary Therapies against Parasitic Diseases" (PDF), The Nobel Assembly at Karolinska Institutet, 5 October 2015, 5 October 2015 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 5 October 2015
  16. Pringle, Heather, The Emperor and the Parasite, 3 March 2011, 6 December 2019 tarixində arxivləşdirilib, İstifadə tarixi: 9 March 2011

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]