Filikudi

Filikudi (lat. Filicudi) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yerləşmiş kiçik vulkanik ada. Lipari adalarının daxildir. İnzibati cəhətdən Messina əyalətindəki Lipari bələdiyyəsinə aiddir. Adanın sahəsi 9,45 km², əhalisi 235 nəfərdir (2001). Ən yaxın ada Alikudidir. Filikudidən əxminən 20 km qərbdə yerləşir. Ondan şərqində Salina adası var.

Filikudi adası
it. Filicudi
Filikudi adası
Filikudi adası
Ümumi məlumatlar
Sahəsi 9,49 km²
Uzunluğu
  • 5,4 km
Eni 3,1 km
Hündür nöqtəsi 773 m
Əhalisi 235 nəfər (2001-ci il)
Yerləşməsi
38°34′ şm. e. 14°34′ ş. u.HGYO
Ölkə  İtaliya
Vilayət
Akvatoriya
Filikudi adası xəritədə
Filikudi adası
Filikudi adası
Filikudi (Siciliya)
Filikudi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın sahəsi 9,49 km²-dir. Adanın ən yüksək nöqtəsi Monte Fossa Felcidir (773 m). 74 m hündürlüyü olan La Kanna qayası adanın sahillərində dənizdə yerləşir. Adada bir neçə kənd var, ən böyüyü Pekorini Mare və Valdciesadır. 1997-ci ildə adanın ərazisinin təxminən dörddə üçü (7 km²) qoruğa çevrilmişdir.

Adanın adı "Finikiyalı" mənasını verən yunancada Phoenicusadan törəmişdir. Digər Lipari adaları kimi, burada da neolit dövründə məskunlaşma olmuş, sonra uzun müddət yaşayış olmamışdır. Yunan, Roma və Bizans varlığının izləri mövcuddur.

Adada balıqçılıqla yanaşı, kənd təsərrüfatı da inkişaf etdirilir, üzüm, zeytun, dənli bitkilər və tərəvəzlər becərilir.