Filip Edvard "Breyv" Devis (ing. Philip Edward "Brave" Davis; 7 iyun 1951[1], Nassau) — 17 sentyabr 2021-ci ildən etibarən Baham Adaları Baş naziri, 2002-ci ilin may ayından etibarən isə Ket adası, Ram resifi və San Salvadordan millət vəkili olan bahamlı siyasətçi.
Filip Edvard "Breyv" Devis | |
---|---|
ing. Philip Edward "Brave" Davis | |
Baham Adaları Birliyinin Baş naziri | |
17 sentyabr 2021 – h.h | |
Əvvəlki | Hubert Minnis |
Müxalifət lideri | |
19 may 2017 – 19 avqust 2021 | |
Əvvəlki | Hubert Minnis |
Sonrakı | Hubert Minnis |
Baş nazirin müavini | |
7 may 2012 – 11 may 2017 | |
Əvvəlki | Brent Simonett |
Sonrakı | Kevin Piter Ternkvest |
Ket adası, Ram resifi və San Salvadordan millət vəkili | |
2 may 2002 – h.h | |
Əvvəlki | Ceyms Miller |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nassau, Baham adaları |
Fəaliyyəti | siyasətçi, vəkil |
Həyat yoldaşı | Enn-Mari Devis |
Dini | anqlikanizm[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Devis "Old Bight All Age School"-da oxuduğu Ket adasında qardaşı Elvin və babası ilə birlikdə yaşadı. Nassauya qayıtdıqdan sonra Şərq Məktəbi və Müqəddəs Con Kollecinə getdi. Kasıb ailədə böyüyən Devis qablaşdırma işi ilə məşğul olan müəssisə və inşaat sahəsində çalışdı.[2]
Devis Enn-Mari Devislə evlidir və altı övladı var. Anqlikandır. "Toastmasters Club 1600"-in üzvüdür və beysbol, voleybol və üzgüçülüklə məşğul olan idmançıdır.
Devis 2017-ci ilin oktyabrında partiyanın qurultayında seçildikdən sonra müxalifət lideri və Tərəqqi Liberal Partiyasının sədri seçildi. Partiya sədri seçilməzdən öncə, sədr tərəfindən təyin edilən sədr müavini idi. Perri Kristi 2012-ci il seçkilərində qalib gəldikdə 2017-ci ilə qədər xidmət etdiyi Baham Adaları Baş nazirinin müavini və İctimai İşlər və Şəhərsalma Naziri oldu.
2015-ci ildə Kraliçanın Müşavirliyinə üzv oldu.
İctimai İşlər və Şəhərsalma Naziri olaraq Ailə adalarında və Yeni əyalətində təxminən 1.000 evə nəzarət etdi və orada yaşayan ailələri zəruri vasitələrlə təmin etdi, adalarda sanitar qovşağı və içməli su problemini aradan qaldırdı, əlavə olaraq yolların salınması üçün adalarda infrastruktur inkişafına nəzarət etdi. 1.000-dən çox ev sahibini əhatə edən və minlərlə ticarət işçisi üçün yeni iş yerləri təmin edən "Şəhər Yeniləmə, Kiçik Evlərin Təmiri Proqramı"nı qurdu.