Fiordlar

Fiordlar — (rus. фиорды, фьорды, ing. fiord) on və yüz kilomertlərlə qurunun içərilərinə soxulan dar, dərin 1000 metr və çox körfəz. Köndələn kəsimi təknəvari, sahilləri yüksək, dik və sıldırım olur. Yüksək enliklərdə yerləşən Pleytstosen buzlaşmasına məruz qalan sahillər üçün səciyyəvidir (Skandinaviya yarımadası), Qrenlandiya, Alyaska, Odlu Torpaq, çay dərələri və tektonik çökəkliklər buzlağı və sonradan onu örtmüş dənizin fəaliyyəti nəticəsində yaranır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fiordlar // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.