Fiqurnıy adası

Fiqurnıy adasıSedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.

Fiqurnıy adası
rus. Фигурный
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
79°24′57″ şm. e. 92°12′28″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Fiqurnıy adası xəritədə
Fiqurnıy adası
Fiqurnıy adası

Arxipelaqın şərqində yerləşir. Fiqurnıy adasından qərbdə Sredniy adasıStrela adası yerləşir. Şərqdə Vostoçnıy adası yerləşir. Əslində isə bu bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir.

Aypara formasına malikdir. Şərqdən qərbə uzunluğu 12 km, şimaldan cənuba isə 8 km təşkil edir. Eni ortalama 3 km təşkil edir. Adanın sahil xəttinin uzunluğu 45 km-dir. Adanın daxilinə doğru Slavnaya buxtası uzanır. Buxtada dərinlik 19 metrdir. Sahillərinin böyük hissəsi sıldırımdır. Burada hündürlük 3–5 m, buxta sahillərində isə 6–13 m təşkil edir. Adada dörd yüksəklik vardır: 16 metr (şimal-şərqdə), 21 metr (şimalda), 42 metr (qərbdə) və 49 (cənub-şərqdə). Buradan bir necə çay başlayır. Ərazi boyunca göllər səpələnmişdir. Onların çoxu şirinsuludur. Bitki örtüyü mamırşibyələrdən ibarətdir.

Adanın qərb qutacağı — Makedonski burnu. Burun SSRİ qütb hidroqrafı A. P. Makedonskinin şərəfinə (1916–1973)[1] adlandırılmışdır.