Firəngiz İsmayıl qızı İbrahimzadə (05 dekabr 1939, Qax şəhəri) — Azərbaycan SSR Əməkdar müəllimi, pedaqoq.
Firəngiz İbrahimzadə | |
---|---|
Firəngiz İsmayıl qızı İbrahimzadə | |
Doğum tarixi | |
Doğum yeri | Qax şəhəri, Qax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Həyat yoldaşı | Vahid Bağırov |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
"Əmək şöhrəti" ordeni |
Firəngiz İsmayıl qızı İbrahimzadə 5 dekabr 1939-ci ildə Qax şəhərində anadan olub.
1958-1963-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsində təhsil alıb.
1963-cü ildən Naxçıvan şəhəri internat məktəbində tarix müəlliməsi kimi fəaliyyətə başlamışdır.
1966-cı ildən Naxçıvan şəhəri 7№-li orta məktəbdə tarix və ictimaiyyat müəlliməsi və metodist isləmişdir.
1976-1977-ci dərs ilində Naxçıvan MSSR Müəllimləri Təkmilləşdirmə İnstitutunda tarix-ictimaiyyat müəllimləri üçün illik əyani-qiyabi kursunu bitirmişdir.
1986-cı ildən Naxçıvan şəhərində yeni açılan 12№-li orta məktəbdə tarix və ictimaiyyat müəlliməsi kimi pedaqoji fəaliyyətini davam etdirmişdir.
21 mart 1989-cü ildə "Azərbaycan SSR Əməkdar müəllimi" fəxri adi verilmişdir.
Naxçıvan Pedaqoji İnstitutunun tarix fənni uzrə kecirilən gəbul imtahanlarında iştirak etmişdir.
Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib.
Naxçıvan məktəblərində tarix və ictimaiyyət müəllimi (1963 - 1995) vəzifələrində işləmişdir.