Vahid Bağırov

Vahid Həbib oğlu Bağırov (23 yanvar 1941, Əliabad, Naxçıvan rayonu29 may 2010, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti[1].

Vahid Bağırov
Vahid Həbib oğlu Bağırov
bayraq
Azərbaycan SSR LKGİ Naxçıvan MSSR Vilayət Komitəsinin birinci katibi
bayraq2
1966 – 1970
bayraq
Naxçıvan MSSR mədəniyyət naziri
bayraq2
19 avqust 1975 – 30 mart 1977
bayraq
Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi
bayraq2
30 mart 1977 – 1980
bayraq
Naxçıvan MSSR Dövlət Televiziya ve Radio Verilişləri Komitəsinin sədri
bayraq2
1989 – 1991
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili ADU Jurnalistika
Fəaliyyəti jurnalist

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 1991
"Qırmızı əmək bayrağı" ordeni

Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır.

1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.

1970-ci ildə Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə qəbul olub və 1973-cü ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə keçmişdir.

1979-ci il Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət XXXII partiya konfransında Naxçıvan vilayət partiya komitəsinin üzvü seçilmişdir.

7-ci, 8-ci və 9-cu çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

1980-ci ildə jurnalist fəaliyyətinə qayıtmış və "Sovet Naxçıvanı" və "Советская Нахичевань" ("Sovetskaya Naxiçevan") qəzetlərinin redaktor müavini vəzifəsində calışmışdır.

1985-ci il Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət XXXV partiya konfransında Naxçıvan vilayət partiya komitəsinin üzvü seçilmişdir.

Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosunun qərarına əsasən 1989-cü ildən Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilmişdir.

1993-cü ildə "Vətən" cəmiyyəti Naxçıvan şöbəsinin sədri vəzifəsində calişmışdır.

  • 13.04.1970 — ""Leninin anadan olmasının 100 illiyi münasibətilə" medalı
  • 23.02.1978 — "Qırmızı əmək bayrağı" ordeni
  • 04.05.1991 — "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı[1]