Bir ailəlik bağ evi (film, 1978)

Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman ƏləsgərovRasim Balayev ifa edirlər.

Bir ailəlik bağ evi
Fayl:Bir ailəlik bağ evi (film, 1978).jpg
Janr dram
Rejissor Yuli Qusman
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda İqor Kvaşa
Firəngiz Şərifova
Larisa Xələfova
Süleyman Ələsgərov
Rasim Balayev
Operator Valeri Kərimov
Bəstəkarlar Xəyyam Mirzəzadə
Rafiq Babayev
Rəssam Firəngiz Qurbanova
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 13 fevral 1978
Filmin digər adı Qum üzərində ev
Filmin növü tammetrajlı bədii film
Müddət 84 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1978
Texniki məlumatlar 9 hissə
2435 metr
genişekranlı
"Svema" kinolenti (Şostka kimya kombinatı)
"Tasma" kinolenti (Kazan kimya kombinatı)
Rəng rəngli
IMDb ID0212900

Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür... O, ananın arzusuna şərik çıxır və inanır ki, dağınıq ailə üzvlərini bağ evi bir yerə toplaya bilər.[1]

Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir.[1]

İqor Kvaşa — Eldar
Firəngiz Şərifova — ana
Larisa Xələfova — Validə
Süleyman Ələsgərov — ata
Rasim Balayev — Əli
Mayya Danilyan — bacı
Sergey Yurski — direktor
Yusif Yulduz — Ağamehdi
Hamlet Qurbanov — Qulam
Filmi səsləndirənlər:
Şahmar Ələkbərov — Eldar (İqor Kvaşa) (titrlərdə yoxdur)
  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 99
  • “Bir ailə üçün bağ evi...” [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında R.İbrahimbəyovun "Qumluqda ev" pyesinin motivləri əsasında eyniadlı bədii filmin çəkilişi haqqında] //Bakı.- 1979.- 30 avqust.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220.
  • Ala-yarımçıq filmimiz – “Naməlum kino” layihəsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]