Firas Tlas

Firas Mustafa Tlas (azərb. فراس مصطفى طلاس‎; 20 avqust 1960, Dəməşq) — Suriya biznes maqnatı, siyasətçi, keçmiş bəəsçi. O, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd ilə yaxın münasibətlərdə olan, lakin Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların tərəfinə keçən əhəmiyyətli bir sünni müsəlman ailənin üzvüdür.

Firas Tlas
Şəxsi məlumatlar
Doğum tarixi 20 avqust 1960(1960-08-20) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, iş adamı
Atası Mustafa Tlas
Dini sünni islam

Firas Tlas 20 avqust 1960-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur.[1] O, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri olmuş Mustafa Tlasın ikinci böyük oğludur. Tlasın ailəsi yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur.[2] Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi.[3] Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır.[4] Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi.[5] Tlasın anası vasitəsilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.[6]

Tlas Dəməşq şəhərindəki fransız məktəbində təhsil alır və oradan 1978-ci ildə məzun olur. O, 1984-cü ildə Dəməşq Universitetində biznesin idarəedilməsi üzrə təhsil alır və oradan iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə məzun olur. Tlas fransız dilini öyrənmək üçün Fransaya gedir və Paris şəhərindən ticarət üzrə dərəcə ilə qayıdır.[1]

Firas Tlas biznes maqnatı[7]Suriyanın şəkər kralı olaraq xarakterizə olunur.[8] O, Suriyanın ən zənginlərindən biri idi.[9] Firas Tlas Bəşər Əsədin son on ildə apardığı liberal iqtisadiyyat siyasətinin əhəmiyyətli bir dəstəkçisi və benefisiarı idi.[10]

Firas Tlass 1984-cü ildə "Min Ajl Suriyya" (MAS) şirkətini qurur. MAS qəhvə toxumları qovurmaqdan metal, konserv və süd məhsulları istehsalına qədər fərqli ticarət fəaliyyətləri ilə məşğul olur.[1][11] Tlas 2004-cü ildə Suriya İqtisadi Mərkəzinə (SİM) məxsus olan "Syria-News" saytına da maliyyə yardımı etməyə başlayır.[6] O, 2010-cu ildə ərəb dünyasının öncül banklarından olan Misir mərkəzli "EFG Hermes" ilə əməkdaşlıq edərək "EFG Hermes Syria" şirkətini qurur.[12] "EFG Hermes Syria" şirkətinin səhmlərinin 70%-i "EFG Hermes", qalan 30%-i isə Firas Tlasa məxsusdur.[13][14] Tlas firmanın sədri kimi çalışır.[14] Bundan əlavə, Tlas Fransanın "Lafarge" sement şirkətinin yerli əməkdaşı olur.[12] Eyni zamanda, o, "Palmyra-SODIC" şirkətinin sədridir.[15] Onun digər iş fəaliyyəti baş meneceri olduğu "Palmyra" daşınmaz əmlak inkişafı şirkəti ilə bağlıdır.[16]

Firas Tlas 1999-cu ildən İraq ilə bir sıra biznes əlaqələrinə başlayır, Suriya ilə İraq arasındakı bəzi ticarət və sənaye müqavilələrində iştirak edir.

Firas Tlas Bəəs Partiyasının keçmiş üzvüdür. Bununla birlikdə, 2005-ci ildə o və başqa bir Bəəs üzvü olan Əbdülnur çoxpartiyalı seçkiləri dəstəklədiklərini və Suriyada hakimiyyətdəki Bəəs inhisarına son vermək istədiklərini bildirdilər. Firas Tlas ABŞ ilə əlaqələrin daha yaxşı olması bunun zəruri olduğunu da irəli sürür.[17] O və qardaşı Manaf Tlas fərarilik edənədək Bəşər Əsəd tərəfindən həmyaşıdları və dostları kimi qəbul edilirdi.[18]

  1. 1 2 3 "Personal Profile". Firas Tlass.com. 28 May 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  2. "The Man who Enraged the Palestinians: Syrian Defense Minister Mustafa Tlas". The Estimate (ingilis). 13 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
  3. "Lt. Gen. Mustafa Tlass". Middle East Intelligence Bulletin (ingilis). 2 (6). 1 iyul 2000. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
  4. Kechichian, Joseph A. "Syria is bigger than individuals, says defected brigadier". Gulf News (ingilis). 27 iyul 2012. November 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
  5. Batatu, Hanna, Syria's Peasantry, the Descendants of Its Lesser Rural Notables, and Their Politics (ingilis), Princeton University Press, 1999, səh. 218 (Table 18-1), ISBN 1-4008-4584-X
  6. 1 2 Bar, Shmuel. "Bashar's Syria: The Regime and its Strategic Worldview" (PDF). Comparative Strategy (ingilis). 25. 2006. October 29, 2007 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 oktyabr 2020.
  7. Neil MacFarquhar. "Military Confidante of Syria's Assad Is Reported to Have Defected". The New York Times. 6 July 2012. 14 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  8. Moukheiber, Zina. "President Assad and The Syrian Business Elite". Forbes. 30 March 2011. 25 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
  9. Olmert, Josef. "With Tlass Defection Bashar Assad's Troubles Are Mounting". Huffington Post. 6 July 2012. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
  10. Elizabeth Palmer; Khaled Wassef. "Syrian Brig. Gen. Manaf Tlass not first in his powerful family to defect". CBS. 6 July 2012. 22 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
  11. "The story behind the defection of Syrian general Manaf Tlas". Al Arabiya. 8 July 2012. 28 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2012.
  12. 1 2 Abigail Fielding-Smith; Simeon Kerr. "Assad sees childhood friend leave". Financial Times. 6 July 2012. 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
  13. "EFG Hermes expands into Syria, launches Syrian private equity fund". AMEinfo. 3 March 2010. 11 April 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  14. 1 2 "News in brief". Daily News Egypt. 3 March 2010. 28 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2013.
  15. "Director's Bio". Palmyra Sodic. İstifadə tarixi: 6 July 2012.[daimi ölü keçid]
  16. "Honorary shield for Palmyra real estate". Jasmine Hills. 2009. 1 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
  17. Biedermann, Ferry. "All Set For A Great Shuffle Forward". Inter Press Service. Damascus. 8 June 2005. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2012.
  18. Hinnebusch, Raymond. "The Ba'th Party in Post-Ba'thist Syria: President, Party and the Struggle for 'Reform'". Middle East Critique. 20 (2). 2011: 109–125. doi:10.1080/19436149.2011.572408.