Firudin Cəm

Firudin Cəm (1914, Tehran13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi (General) və keçmiş baş nazir Mahmud Cəmin oğlu.[1]

Firudin Cəm
fars. فريدون جم
Şəxsi məlumatlar
Doğum tarixi 1914
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2000(2000-10-13)
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Hərbi fəaliyyəti
Qoşun növü İran Quru Qoşunları
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur.

1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır.[2]

TehrandaSaint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir.

1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır. Həmin bu müddətdən sonra 1978-ci ilə qədər İranın İspaniyadakı səfiri olmuşdur. 1978-ci ildə Londona köçmüşdür. Pəhləvi hakimiyyəti zamanı son hökumət başçısı olan Şapur Bəxtiyar ona hökumət kabinetində Müdafiə Naziri vəzifəsini təklif etsə də, hökumətin real gücünün çox aşağı olmasını səbəb göstərərək bundan imtina etmişdir.

İran İslam İnqilabı zamanı İran ordusunun bitərəfliyini elan etməsinə etiraz etmiş və bunu vətənə xəyanət adlandırmışdır.[3] Lakin İran-İraq müharibəsi zamanı İran ordusunu dəstəkləmişdir.

2011-ci ildə Firudin Cəm Yardım Fondu tərəfindən London Universitetinin Afrika və Şərqşünaslıq bölməsinə İranşünaslığın inkişafı üçün 2 milyon dollar yardım edilmişdir. Bunun qarşılığında bu univeristet İranşünaslığı inkişaf etdirmək üçün fərqli dərslərlə yanaşı, İranşünaslıq üçün yeni təqaüd planları da hazırlamışdır. Bütün bu işlər London Universitetindəki İran İşləri Mərkəzi tərəfindən təşkil edilir. Bütün bunlar Firudin Cəmin valideynlərindən daha əvvəl ölən oğlu Kamran Cəmə həsr edilir.[4]

  1. Iran and Its Place Among Nations, Alidad Mafinezam, Aria Mehrabi, 2008, p. 57
  2. "Shams Pahlavi". Fouman. 16 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 February 2013.
  3. "Defection delays presentation of Iranian cabinet". The Phoenix. Tehran. AP. 9 January 1979. 14 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2013.
  4. "The Kamran Djam Annual Lecture" (PDF). Tehran: SOAS. AP. 2012. 24 September 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 May 2014.