Bu məqaləni vikiləşdirmək lazımdır. (dekabr 2023) |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Rza şah Pəhləvi (fars. رضا پهلوی; 15 mart 1878[1], Alaşt, Mazandaran ostanı – 26 iyul 1944[2], Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir.
Rza şah Pəhləvi | |
---|---|
fars. رضا پهلوی | |
15 dekabr 1925 – 16 sentyabr 1941 | |
Əvvəlki | Sultan Əhməd şah Qacar |
Sonrakı | Məhəmməd Rza Pəhləvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Alaşt, Savadkuh, Mazandaran |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Yohanesburq, Cənubi Afrika |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | Rza şah Pəhləvinin məqbərəsi |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | Tac-ol-Mülük |
Uşaqları |
Oğulları: Məhəmməd Rza, qızları: Əşrəf, Şəms |
Ailəsi | Pəhləvilər |
Dini | İslam |
Rütbəsi | briqada generalı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi.
Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir. İkinci oğlu Nüsrətullah Xan Savadkuhda xidmət eləmiş və Rza Xanın əmisi ilə bir müddət çalışmışdır. Rza Xanın atası Abbas Əli Xan yeddinci oğlu idi.
Rza Xanın atası Abbas Əli Xan 1814-cü ildə Alaştda dünyaya gəlmişdir. Əfqan müharibəsində döyüşmüşdür. Rza Xan Albay Abbas Əli Xanın ikinci nikahından doğulmuşdur.