Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş medal.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı | |
---|---|
Azərbaycan Respublikasının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı | |
![]() |
|
|
|
Ölkə |
![]() |
Tip | yubiley medalı[d] |
Status | Təqdim olunmur |
Statistika | |
Təsis tarixi | 17 may 2002 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı |
Aşağı mükafat | "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı |
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif ediliblər.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalından sonra taxılır.