Florensiya (Kaketa)

Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir.

şəhər
Florensiya
isp. Florencia
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
1°36′51″ şm. e. 75°36′42″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 25 dekabr 1902
Sahəsi
  • 2.292 km²
Mərkəzin hündürlüyü 242 ± 1 m
Saat qurşağı UTC−5
Əhalisi
Əhalisi 163 323 nəfər (2012)
Rəsmi dili İspan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 180001–180009
Digər
florencia-caqueta.gov.co  (isp.)
Xəritəni göstər/gizlə
Florensiya xəritədə
Florensiya
Florensiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir.[1]

2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi.[2] Şəhər əhalisinin illər üzrə say artımı:

2005 2006 2007 2008 2009 2010 2011 2012
143 871 146 307 149 031 151 778 154 595 157 450 160 383 163 323

Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir.[3] 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir. 2005-ci il məlumatlarına görə, Florensiyanın əhalisi yaşlarına görə bölünmüşdü: 44,87%-i 20 yaşdan aşağı sakinlər, 30,96%-i 20 və 39 yaş arası, 17,07%-i 40 ildən 59 yaşa qədər olanlar və 7,11%-i 60 yaşdan yuxarı olanlar.

  1. "Florencia, Colombia Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-28.
  2. "Proyecciones de Población departamentales y municipales por área 2005 - 2020" (ispan). Departamento Administrativo Nacional de Estadística. 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-05.
  3. "Perfil Municipal de Florencia - Censo 2005" (PDF) (ispan). Departamento Administrativo Nacional de Estadística. 2013-05-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-29.