Sportinq Sirkle Fola Eş (fr. Cercle sportif Fola Esch) — Fola Eş və ya sadəcə Fola kimi də tanınan, Lüksemburqun cənub-qərbində yerləşən Eş-sur-Alzette şəhərini təmsil edən peşəkar Lüksemburq futbol klubudur. Klub öz ev oyunlarını şəhərin cənubunda yerləşən Stad Emile Mayrisx stadionunda keçirir. Bu stadionunda klubun bacısı sayılan CA Fola Eş atletika klubu məşq edir.
Klub 1906-cı ildə İngilis dili müəllimi olan Jan Roeder tərəfindən təsis edilmişdir. Fola Lüksemburqun ilk futbol klubudur. Öz çiçəklənmə dövrü ərzində klub 1918-ci ildən 1924-cü ilə kimi dörd dəfə Milli Divizionun və iki dəfə Lüksemburq Kubokunun qalibi olmuşdur. Fola 1930-cu ildə daha bir dəfə ölkə çempionatının və 1955-ci ildə Lüksemburq Kubokunun qalibi olmuşdur. Bu uğurlardan sonra Fola uzun müddət çempionluq sevinci yaşaya bilməmişdir.
Fola inadla 1990-cı illərdə konsolidasiya dalğası zamanı daha böyük qonşuları olan Jeness Eş ilə birləşməyi rədd etmişdir. 2004-05 mövsümündə Fola Lüksemburq futbolunun üçüncü yarusuna enmişdir. Lakin gələn mövsüm bir pillə qalxmağı bacarmışdır. 2006-07 mövsümündə klub üçüncü yeri tutsa da, Viktoriya Rosport klubu ilə pley-off görüşlərində məğlub olmuşdur. 2007-ci ilin avqust ayında Fola keçmiş Mərakeş yığmasının yarımmüdafiəçisi Mustafa Hacı ilə müqavilə imzalamışdır. Bu transfer dünya futbolunda bomba kimi partlamışdır.
2008-ci ildə klub çempionatda ikinci yeri tutmasına baxmayaraq, Fortis Liqaya (Milli Divizion, ölkənin güclülər dəstəsi, 2009-cu ilin mart ayında BGL Liqasının maliyyə böhranı ilə əlaqədar adı dəyişdirilib) vəsiqə qazana bilməmişdir.[1]
2013-cü ilin mart ayında Fola Eş klubu 25-ci oyun günündə rəqibi Jeness Eş klubu üzərində 5-1 hesabı ilə tarixi qələbə qazanaraq BGL Liqasının qalibi olmuşdur. Klub 83 ildən sonra növbəti dəfə ölkə çempionu adını qazanır. Stefano Bensi 20 qolla mövsümün bombardiri olmuşdur. Fola 2013-14 Çempionlar Liqası mövsümündə ikinci təsnifat mərhələsində iştirak etmişdir. Klub Dinamo Zaqreb klubuna evdə 0-5, səfərdə 0-1 hesabı ilə məğlub olaraq turnir ilə vidalaşmışdır. 2015-ci ildə Fola növbəti dəfə ölkə çempionu olmuşdur. 2014 və 2016-cı ildə vitse çempion olmuş, sonuncuda isə F91 Düdelanj klubu ilə bərabər xal toplamışdır.
2016-cı ildə Fola Eş 110-cu ad gününü qeyd edərkən Lüksemburqun ən qocaman klubu kimi Pionerlər Klubuna üzv olmuşdur.
- 1906: Klub Futbol və Loun Tennis Klubu Eş adı altında təsis edilmişdir.
- 1907: Qırmızı və ağ zolaqlarla indiki loqosu yaradılmışdır.
- 1910: Nerva klubu ilə birləşərək Serkl sportif Fola Eş adlanmağa başlayır.
- 1918: Çempionatda ilk uğurunu qazanır.
- 1924: Qızıl dubl edir.
- 1930: Növbəti 83 il üçün sonuncu çempionluq titulunu qazanır.
- 1935: İndiki stadionları olan Stad Emile Mayrisx inşa edilir.
- 1955: Son dövrlərdə axırıncı titulu olan Lüksemburq Kubokunu qazanır.
- 1973: Avropa turnirlərində (mövsüm 1973–74) ilk dəfə çıxış edir.
- 2013: 83 ildən sonra 2013-cü ildə növbəti dəfə ölkə çempionu olur.
- 2017: İlk dəfə Avropa turnirlərində ikinci təsnifat mərhələsinə vəsiqə qazanır.
- Çempion (7): 1917–18, 1919–20, 1921–22, 1923–24, 1929–30, 2012–13, 2014–15
- İkinci yer (9): 1916–17, 1918–19, 1920–21, 1928–29, 1948–49, 1953–54, 1954–55, 2010–11, 2013–14
- Çempion (3): 1922–23, 1923–24, 1954–55
- İkinci yer (1): 1972–73
- 11 İyul 2017 tarixində yenilənib[2]
- 12 İyul 2017 tarixində yenilənib
- 19 İyul, 2017. tarixində yenilənib[3]