İnter Bakı PİK

Şamaxı FKAzərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.

Şamaxı FK
Loqonun şəkli
Klubun tam adı Şamaxı Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) şirlər
Rəng(lər) ağ-qırmızı
Yaranma tarixi 1997 (27 il əvvəl) (1997)[1]
Stadionu Şamaxı Şəhər Stadionu
Tutumu 2.200
Prezidenti Azərbaycan Elçin Usub
Baş məşqçisi Azərbaycan Ayxan Abbasov
Liqa Azərbaycan Azərbaycan Premyer Liqası
2023-24 1 (Premyer Liqaya yüksəldi)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb.

"Keşlə" adı altında çıxış edərkən istifadə olunan loqosu.

"Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.

Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.

  • Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1.
  • İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.

Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur[2].

2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb.[3] 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.[4]

Liqa və kubok tarixi

[redaktə | mənbəni redaktə et]
Mövsüm Liqa Azərbaycan kuboku Bombardir
Div. Yer Oy. Q H M VQ BQ X Adı Liqa
1999–00 1 11 22 5 3 14 19 41 18 1/8 Final Azərbaycan Samir Ələkbərov 7
2000–01 1 7 20 9 2 9 26 38 29 1/8 Final Azərbaycan Ramin Nəsibov 8
2003–2004 1 4 26 15 6 5 43 16 51 1/8 Final Gürcüstan A. Soxadze 6
2004–2005 1 7 34 19 9 6 44 24 66 Finalçı Azərbaycan Elşən Məmmədov 10
2005–2006 1 4 26 14 8 4 35 14 50 1/4 Final Nigeriya Idahor 6
2006–2007 1 4 24 13 6 5 36 12 45 Yarımfinal Azərbaycan Samir Əliyev 6
2007–2008 1 1 26 18 4 4 55 18 58 Finalçı Azərbaycan Xəqani Məmmədov 19
2008–2009 1 2 26 18 7 1 54 16 61 Finalçı Uruqvay Valter Quqlielmone 17
2009–10 1 1 32 22 12 8 58 37 78 Yarımfinal Litva Robertas Poşkus 12
2010–11 1 5 32 13 10 9 29 24 49 Finalçı Litva Robertas Poşkus 5
2011–12 1 3 32 16 8 8 29 21 56 Yarımfinal Gürcüstan Baçana Tsxadadze 7
2012–13 1 3 32 16 9 7 38 22 57 1/4 Final Gürcüstan Baçana Tsxadadze 8
2013–14 1 2 36 20 7 9 60 37 67 1/4 Final Azərbaycan Vaqif Cavadov 16
2014–15 1 2 32 17 12 3 55 20 63 Yarımfinal İspaniya Mikel Alvaro 9
2015–16 1 4 36 16 11 9 39 28 59 Yarımfinal Azərbaycan Nizami Hacıyev / Azərbaycan Mirsahib Abbasov 6
2016–17 1 3 28 11 10 7 39 33 43 Yarımfinal Azərbaycan Rauf Əliyev 11
2017–18 1 6 28 8 7 13 29 39 31 Qalib Azərbaycan Pərdis Fərcad-Azad / Rumıniya Adrian Skarlataçe / Azərbaycan Slavik Alxasov 4
2018–19 1 8 28 6 5 17 29 45 23 1/4 Final Azərbaycan Amil Yunanov / Toqo Conatan Ayite 5
  • Azərbaycan çempionatı:
    • 1Çempion Qızıl medal (2) — 2007/2008, 2009/2010
    • 2Gümüş mükafatçı Gümüş medal (3) — 2008/2009, 2013/2014, 2014/2015
    • 3Bürünc mükafatçı Bürünc medal (3) — 2011/2012, 2012/2013, 2019/2020
  • Azərbaycan Kuboku:
    • 1Çempion Qızıl medal (2) — 2017/2018, 2020/2021
    • 2Gümüş mükafatçı Finalçı (4) — 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
  • Azərbaycan Birinci Liqası:
    • 1Çempion Qızıl medal (1) — 2023/2024
  • Birlik Kuboku:

Keşlə Avrokuboklarda

[redaktə | mənbəni redaktə et]

Son yenilənmə: 2020-ci il

Turnir Oyunlar Q H M VQ BQ
UEFA Çempionlar Liqası 6 1 3 2 3 5
UEFA Avropa Liqası 26 12 7 7 37 29
UEFA İntertoto Kuboku 4 3 0 1 6 4
Cəmi 36 16 10 10 46 38
Mövsüm Turnir Mərhələ Klub Ev Qonaq Ümumi
2004 UEFA İntertoto Kuboku 1R Avstriya Breqens 2–1 3–0 5–1
2R Finlandiya Tampere Yunayted 1–0 0–3 1–3
2008–09 UEFA Çempionlar Liqası 1M Şimali Makedoniya Rabotniçki 0–0 1–1 1–1(a)
2M Serbiya Partizan 1–1 0–2 1–3
2009–10 UEFA Avropa Liqası 2M Slovakiya Spartak Trnava 1–2 1–3 1–5
2010–11 UEFA Çempionlar Liqası 1M Polşa Lex Poznan 0–1 1–0 1–1(8–9 p.)
2012–13 UEFA Avropa Liqası 1M Estoniya Narva Trans 5–0 2–0 7–0
2M Yunanıstan Asteras Tripolis 1–1 1–1 2–2(2–4 p.)
2013–14 UEFA Avropa Liqası 1M Finlandiya Mariehamn 1–1 2–0 3–1
2M Norveç Tromsö 1–0 0–2 1–2
2014–15 UEFA Avropa Liqası 1M Moldova Tiraspol 3–1 3–2 6–3
2M İsveç Elfsborq 0–1 1–0 1–1(3–4 p.)
2015–16 UEFA Avropa Liqası 1M Albaniya Laçi 0–0 1–1 1–1(a)
2M İslandiya Hafnarfyordur 2–2(ə.v.) 2–1 4–3
3M İspaniya Atletik Bilbao 0–0 0–2 0–2
2017–18 UEFA Avropa Liqası 1M Serbiya Mladost Luçani 2–0 3–0 5–0
2M Lüksemburq Fola Eş 1–0 1–4 2–4
2018–19 UEFA Avropa Liqası 1M Malta Balzan 2–1 1–4 3–5
2020–21 UEFA Avropa Liqası 1M Albaniya Laçi 0–0(4–5 p.) N/A N/A
2021–22 UEFA Konfrans Liqası 2M Rusiya Soçi 2–4 0–3 2–7
25 Sentyabr 2021 tarixində yenilənib
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Moldova GK Stanislav Namaşko
27 Azərbaycan GK Əkbər Vəliyev
85 Azərbaycan GK Kamal Bayramov
2 Azərbaycan DF İlkin Qırtımov
3 Azərbaycan DF Tərlan Quliyev (Kapitan)
4 Azərbaycan DF Şəhriyar Əliyev
5 Azərbaycan DF Kərim Diniyev
8 Azərbaycan DF Tural Axundov
11 Mali DF Sadio Tounkara
18 Azərbaycan DF Ruslan Əmircanov
20 Azərbaycan DF Rail Məlikov
21 Monteneqro DF Miyuşko Boyoviç
22 Azərbaycan DF Elçin Mustafayev
Nömrə Ölkə Mövqeyi Futbolçu
10 Braziliya MF Felipe Santos
14 Azərbaycan MF Turan Vəlizadə
17 Seneqal MF Omar Qudiabi
50 Azərbaycan MF Samir Abdullayev
72 Portuqaliya MF Aldair Neto
77 Gürcüstan MF Merab Qiqauri
99 Azərbaycan MF Rafael Məhərrəmli
9 Kamerun FW Anatole Abanq
29 Azərbaycan FW Amil Yunanov
  1. "Haqqında". Shamakhifc.az. 2024-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
  2. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine  (az.) apasport.az tarixi:2010.11.27
  3. "Peşəkar Futbol Liqasının məlumatı 2017–10–28". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.
  4. ""Keşlə"nin adı dəyişdi". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]