Folklend müharibəsi

Folklend müharibəsi — 1982-ci ildə Böyük BritaniyaArgentina arasında baş verən müharibədir. Bu müharibədə nə İngiltərə, nə də Argentina formal səviyyədə bir-birlərinə müharibə elan etməmişlərdir. Müharibə 42 gün davam etmiş və Böyük Britaniyanın qələbəsi ilə yekunlaşmışdır

Folklend müharibəsi
Photo montage of the Falklands War.
Tarix 2 aprel 1982 – 14 iyun 1982[1][2]
Yeri Folklend adaları
Nəticəsi Böyük Britaniya qələbəsi
Münaqişə tərəfləri

Argentina Argentina

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}
Folklend adaları Folklend adaları

Komandan(lar)

Argentina Leopoldo Galtieri
Argentina Jorge Anaya
Argentina Basilio Lami Dozo
Argentina Juan Lombardo
Argentina Ernesto Crespo
Argentina Mario Menendez
Argentina Carlos Busser

Böyük Britaniya Marqaret Tetçer
Böyük Britaniya Terence Lewin
Böyük Britaniya John Fieldhouse
Böyük Britaniya Sandy Woodward
Böyük Britaniya Jeremy Moore
Böyük Britaniya Julian Thompson
Folklend adaları Rex Hunt

İtkilər

649 nəfər öldürülmüşdür
1068 nəfər yaralanmışdır
11.313 nəfər əsir düşmüşdür


1 Desant gəmisi
1 Desant qayığı
2 Qırıcı gəmi
2 Freqat

258 nəfər öldürülmüşdür
1 Kreyser
1 sualtı qayıq
1 gözətçi qayıq
1 nəqliyyat gəmisi
1 balıq ovu trauleri (gözətçi gəmi idi)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konfliktin səbəbi

[redaktə | mənbəni redaktə et]

Folklend adaları 1690-cı ildə ilk dəfə ingiltərə səyyahları tərəfindən tapılmışdır. İngilislər bu adanı "Folkend adaları" adlandırırlar. 1694-cü ildə isə fransız səyyahları bu adaları tapırlar və onu San-Malo şəhərinin şərəfinə "Malvin adaları" adlandırırlar. Argentina müstəqillik qazandıqdan sonra (XIX əsr) bu adaları öz adaları hesab edirlər və onu fransızların adlandırdıqları "Malvin adaları" adlandırırlar. Lakin Folklend adaları 1833-cü ildə İngiltərə tərəfindən zəbt edilir. Bu da Argentinanın narazılığına səbəb olur. Narazılıq 1981-ci ildə daha da şiddətlənir. 1981-ci ildə Argentina ordusunun general-leytenantı olan Leopal Qaltiyeri bu məsələni yenidən gündəmə gətirir.

Folkland adaları üzərindəki suverenlik problemi 1964-cü ildə Birləşmiş Millətlər Müstəmləkə Problemləri Komissiyasının gündəminə gəldi. Argentinalılara görə, Malvina olaraq bilinən adalar Argentinanın bir parçası idi. Adaların Cənub Amerikaya coğrafi yaxınlığı var idi. Argentina, İspaniyanın xələfi olduğunu irəli sürürdü. İngiltərə, adalar üzərindəki hökmü Argentinaya geri qaytarmalı, rəhbərliyi müəyyən bir razılığa uyğun olaraq sürdürməli idi. İngiltərə isə adada yaşayan İngilis əsillilərin istəklərinə zidd olduğundan, belə bir tənzimləməyə gedə bilmirdi. İngiltərə 1833-cü ildən bəri adalar üzərində "işğal və rəhbərliyi" davam etdirdiyini və Birləşmiş Millətlər Təşkilatının Andlaşmasının I məqaləsinə görə Folklendlilərə "Özünü idarə etmə" qanununun tətbiq olunmasının lazım olduğunu irəli sürürdü. İngiltərəyə görə Folklend adaları, Argentinanın rəhbərlik və yoxlamasına keçsə, müstəmləkə vəziyyəti sona çatmayacaq, tam tərsinə olaraq başlayacaqdır.

Müharibənin başlanması

[redaktə | mənbəni redaktə et]

Müharibə 2 aprel 1982-ci ildə başlanır. Əvvəlcə Argentina İngiltərə donanmasına zərbələr endirir. Onlarda gəmi raketləri əleyhinə Fransada istehsal olunmuş "Ekzoset" raketləri. Lakin Argentina donanmasında onların sayı çox az idi. Onlarda cəmi 5 raket var idi. 15 may gecəsində ingiltərənin xüsusi təyinatlı əsgərləri Argentinanın hərbi bazasına girib, 11 təyyarəni məhv edirlər. 25 mayda Argentina hərbi qüvvələri böyük uğur qazanırlar. Onlar "Ekzoset" raketləri ilə İngiltərə konteyner yük gəmisi "Atlantik Konveyor"a zərbə edirlər. Bu onların sonuncu böyük uğurları olur. 12 iyunda isə müharibənin vəziyyəti İngiltərə hərbi qüvvələrinin xeyrinə dəyişir. Onlar Port-Stenliyə hücum edərək Argentina hərbi qüvvələrinə zərbə endirirlər. 14 iyunda İngiltərə hərbi qüvvələri Port-Stenlini Argentina əsgərlərindən azad edirlər. 20 iyunda isə müharibə başa çatır.

Müharibənin sonu və onun nəticələri

[redaktə | mənbəni redaktə et]

Müharibə 20 iyunda İngiltərə hərbi qüvvələrinin tam qələbəsi ilə başa çatır. Argentina hərbi qüvvələri isə məğlub olur. Onların general-leytenantı Leopal Qaltiyeri istefaya getməyə məcbur olur. Folklend adaları isə həmişəki kimi İngiltərənin tabeliyində qalır. 12 oktyabr 1982-ci ildə İngiltərədə qələbə münasibətilə parad keçirirlər. Məşhur Argentina yazıçısı Xorxe Luis Borxes Argentina və İngiltərə əsgərlərini yad edərək, onlara şeir yazır. Xorxe Luis Borxes bu müharibəni "İki keçəlin daraq səbəbdən müharibəsi" adlandırır.

Hələ 1982-ci ildə İngiltərə hərbi gəmilərində nüvə silahının olması barədə söz-söhbət gedirdi. İngiltərə hərbi qüvvələri isə buna etiraz edirdilər. Yalnız 2003-cü ildə Böyük Britaniya hərbi gəmilərdə nüvə silahının (WE.177 bombaları) olması faktını təsdiq etdilər.

  1. "Falklands 25: Background Briefing". Ministry of Defence (United Kingdom). 4 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2009.
  2. ":: Ministerio de Defensa – República Argentina ::" (Spanish). www.mindef.gov.ar. 23 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]