Fontanesia philliraeoides

Filireyaşəkilli fontaneziya (lat. Fontanesia philliraeoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fontaneziya cinsinə aid bitki növü.

Filireyaşəkilli fontaneziya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Təbiətdə Kiçik Asiya və Siciliya adasında rast gəlinir. Dekorativ bitki kimi Aralıq dənizi sahillərində becərilir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-dək, şaxələnmiş, sarı-qonur budaqlı, yarpağı tökülən koldur. Zoğları dörd hissəli, yarpaq yerləşməsi üzbəüzdür. Yarpaqları sadə, bütöv, yumurtavari-neştərvari və ya ellipsvari, uzunluğu 2-4 sm və eni 0,8 sm, pöhrədən əmələ gələn zoğlarında uzunluğu 7sm-dək və eni 1,5 sm, kənarları xırda dişli, bozumtul-yaşıldır. Saplaqların uzunluğu 2-5 mm-dir. Çiçək qrupları yan budaqlarda qısa, qoltuq və ya uc, yarpaqlı süpürgələrdir. Çiçəkləri xırda; kasacığı 4 xırda kasayarpaqlardan ibarətdir; ləçəkləri 4 ədəd, ensiz, ağımtıl; erkəkcikləri ləçəklərdən iri; yumurtalığı yuxarı, 2 yuvalı; dişicik ağzı 2 qanadlıdır. Meyvəsi təxminən yumrudan ellipsvariyədək, uzunluğu 6-8 mm, ensiz qanadlı, hamar qozadır. Mayda çiçəkləyir, meyvələri iyulda-avqustda yetişir. Kütləvi yarpaqlama mayın axırları, yarpaqların tökülməsi isə noyabrda baş verir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Qışa az davamlıdır, soyuq qış aylarında çoxillik zoğları donur, ancaq yay ərzində tez bərpa olunur.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşeron, Gəncə və s. rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Çox dekorativ koldur. Yaşıllaşdırmada istifadə oluna bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]