Ford sıradağları, Antarktidada Meri Berd Torpağının şimal-qərb hissəsində Salzberq buz sahəsi və Blok körfəzinin şərqində yüksələn dağ silsiləsidir. Bir çox dağ və dağ qrupundan meydana gəlmişdir. Riçard Berdin ilk Antarktida səfəri (1928-1930) zamanı, Berd tərəfindən 5 dekabr 1929-cu ildə kəşf edilmiş və bu səfəri maliyyələşdirən Ford Motor şirkətinin sahibi Edsel Fordun adı verilmişdir.[1]
Ford sıradağları | |
---|---|
ing. Ford Ranges | |
77°47′ c. e. 137°39′ q. u.HGYO | |
Ölkə | Antarktida |
Ən yüksək zirvəsi | Ekblo zirvəsi |
Tarixi və coğrafiyası | |
Sahəsi | 130 540 km² |
Mərkəzin hündürlüyü | 1235 m |
Vikianbarda əlaqəli mediafayllar |
Buz səthinin altında gizlənmiş dağlarının əsas qisimi buzlaqlar tərəfindən yaradılan dərin çöküntü sahələriylə ayrılmış, buz səthindəki ortalama yüksəklikləri 500-1000 metr olan tək tək zirvələr olaraq sıralanan Ford sıradağları, çökəkliklər, torpaqda yüksələn kömürləşmiş magmatik qayalar və granitlərdən ibarətdir. Uzunluğu 508 km, eni 560 km olan 130 540 km2 -lik sahədə üzərində yerləşən Ford Sıradağlarının ən yüksək yeri, bəzi mənbələrə görə, dəniz səviyyəsindən 1370 metr yüksəkliyiylə Avers dağıdır.[2] Digər ən yüksək nöqtə, 1235 metr yüksəkliyiylə Ekblo dağıdır.[3]