Meri Berd Torpağı, (ing."Marie Byrd Land") Antarktidanın qərbindəki torpağlarıdır. Coğrafi olaraq, qərbində Ross Buz sahəsi və Ross dənizi, şərqində Elsuort Torpağı və Ronni Buz sahəsi, şimalında isə Amundsen dənizi və Sakit Okean yerləşir. Rokfellerlər yaylası və Eyts sahili arasındakı ərazinidə əhatə edən bölgə, 1928-1941-ci illər arasında Admiral Riçard Berd liderliyində təşkil edilən səfərlərdə kəşf edilmişdir. Admiral Berdin 1929-cu ildə bölgənin şimal-qərbində qalan hissəyə yoldaşının adını verərək bu bölgəni "Meri Berd Torpağı" adlandırmışdır.[1]
Uzaqlığda yerləşməsi səbəbiylə hər hansı bir ölkə tərəfindən sahiblənməmiş, şərqindəki Eyts sahili daxil olmağla 1.610.000 km² sahəsi olan bu ərazi dünyanın ən böyük sahibsiz bölgəsi sayılır.
Meri Berd Torpağı, ilk dəfə qərbində yerləşən Ross dənizi vasitəsi ilə araşdırılmışdır. Bölgənin uzaq qərb sahilləri 1902-ci ildəRobert Falkon Skott tərəfindən kəşf edilmiş, Ross dənizinə bitişik yarımadanı VII Eduard Torpağı (King Edward VII Land) olaraq adlandırılmış, Aleksandra dağları içində ortaya çıxan dağınıq qayalar (nunatak) olaraq xarakterizə edilmişdir.
Riçard Berdin ilk Antarktida səfəri (1928-1930)[4] əsnasında Amundsenin Uels körfəzindəki əsas düşərgəsi olan Fremheim yaxınlarındakı Kiçik Amerika bazasından həyata keçirtdiyi 1929-cu ildəki hava uçuşları, Rokfeller dağları və Edsel Ford sıradağlarının şərqindəki uzaq bölgənin kəşfinə gətirib çıxarmışdır. L.Qold tərəfindən idarə olunan Rokfeller dağlarının hissələrinin qısaca araşdırıldığı bir geoloji səfər sonrasında Berd, həyat yoldaşı Merinin adını bölgəyə vermişdir.[5]
Qurudan dərinləməsinə edilən ilk kəşf "İkinci Berd səfəri" (1933-1935) əsnasında edilmişdir. Paul Sipl və F.A.Veyd öndərliyində bir xizək səfəriylə 1934-cü ildə uzaq şərqdəki Fosdik dağlarına çatılmışdır. Ruppert Sahili boyunca şərqə doğru olan torpaqlar havadan kəşf edilmişdir.[6]
ABŞ Antarktida Xidmət Səfəri olaraq da adlandırılan "Üçüncü Berd Antarktida Səfəri", 1939-1941-ci illərdə reallaşmışdır. Bu səfərdə 1600 kilometr arayla iki baza yaradılmışdır. Köhnə Kiçik Amerika bazası yaxınlarındakı Qərb hərbi bazası (68°29'C 163° 57'Q)[7] və Stonington adasındakı Antarktida yarımadasının yaxınlığındakı Şərq bazasından (68°12'C 67°03'Q) təşkil edilən kəşf uçuşlarıyla Meri Berd torpağlarındakı Vulkanik ərazinin[8], Valqrin, Hobbs və Ruppert Sahilləridə daxil olmağla sahil bölgəsinin böyük qisimi və Qərb bazasından edilən kəşf marşurutu ilə şimaldakı Ford sıradağları və Fosdik dağlarının cənub yamacları kəşf edilmişdir.[9]
ABŞ hərbi donanması 1946-1959-cu illər arasında Antarktidaya müxtəlif kəşf səfərləri təşkil etmişdir. Bu səfərlərdə (R.Berd liderliyində Highjump əməliyyatı Gerald L.Ketchum liderliyində Vindmill əməliyyatı, Deep Freeze əməliyyatı I-IV), Meri Berd torpağının sahil hissələri üzərində Trimetrogon hava fotoqrafiya sistemi (TMA, eyni nöqtə üzərində şaquli, sol və sağ oblik görünüşlər) istifadə edilərək hava fotoşəkilləri çəkilmişdir.[10]ABŞ hərbi donanması 1956-57-ci illərdə təşkil etdiyi Deep Freeze II əməliyyatı zamanı Berd stansiyasını (80°00'C 120°00'Q) inşa etməyə başladı. Bu sayədə Beynəlxalq Geofizika ili əvvəlində traktor qatarlar (modifikasiya edilmiş buldozerlər) ilə ərazi üzərində müxtəlif kəşflər edildi.[11]
Yanvar 1957-ci ilin əvvəlində Çarles Bentli bir neçə ay əvvəl Amerika Birləşmiş Ştatları Ordusu mühəndisləri tərəfindən müəyyən edilən marşrut boyunca Kiçik Amerika V bazasından yeni Berd stansiyasına bir yol açdı. Komandası ilə birlikdə buz qalınlığı, yerin maqnit və qravitasiya sahəsində bəzi hesablamalar apardılar. Növbəti yay mövsümü (1957-1958) Berd stansiyasında Meri Berd torpağındaki Vulkanik bölgəyə ikinci bir yol açaraq ilk dəfə quru yol ilə kəşfini həyata keçirdi. Berd stansiyasına dönmədən əvvəl şərqi Meri Berd torpağının kənarında yerləşən Sentinel dağlarına çatdı. Bentli 1958-59-cu illərdə Berd stansiyasında Horlik dağlarına uzanan üçüncü bir yol açdı. Bu yolla o, Meri Berd torpağı və Şərqi AntarktidaTransantarktika dağları arasında yerləşən dərin və qayalıqlardan ibarət uçurum olan Bentli buzlaq çuxurunu kəşf etdi.[12]
1958-1960-ci illərdə Berd stansiyasında həyata keçirilən uçuşlar və yol boyunca edilən kəşflərlə bu ərazi İcra Komitəsi ərazisi olaraq xəritəyə salındı. 1964 və 1965-ci illərdə qərbi Meri Berd torpağının kəşfi havadan tamamlandı. Bu cəhdlərin ardından ABŞ Geoloji Araşdırmalar Təşkilatı (USGS) 1966-1968-ci illər ərzində Meri Berd torpağında ərazi təlimləri ilə bir sıra istinad nöqtəsi və meyarları ortaya çıxartdı.[13]
1978-1993-cü illər arasında Meri Berd torpağına geoloji araşdırma üçün bir neçə kəşf daha təşkil edildi. Yeni Zelandiyalı geoloqlar, 1978-1979-cu illərdə[16] və 1987-1988-ci illərdə[17]Ford sıradağlarına və VII Eduard yarımadasına araşdırma üçün iki kəşf gəzintisi təşkil etdilər.
Kolorado Kolleci geoloqları Fosdik dağlarını araşdırmaq üçün Ford ərazini 1998-2001-ci illərdə və 2004-2007-ci illərdə səfərlər təşkil etdilər.[18]
Meri Berd Torpağı Bakutis sahilində, 1957-ci ildə başlayan Deep Freeze əməliyyatının əsası Berd stansiyası olmuşdur. Berd stansiyası illərcə Qərbi Antarktidanın ən əhəmiyyətli hissəsi oldu. 1968-ci ildə, Antarktida buz təbəqəsi deşilərək ilk buz özəyi burada çıxarılmışdır. Müvəqqəti yazlıq düşərgə olaraq illərcə çalışdığdan sonra, stansiya 1972-ci ildə tərk edildi. 2009-2010-cu illərdə Şimal Qərbi Antarktida dəstək əməliyyatları üçün ABŞ Antarktida Proqramı (USAP) tərəfindən yenidən açıldı.[19]
↑bax,.. Byrd, R.E., 1930, Little America: Aerial Exploration in the Antarctic and the Flight to the South Pole: New York, G.P. Putnam's Sons, (səhifə 422)
↑bax,... Byrd, R.E., 1935, Discovery: The Story of the Second Byrd Antarctic Expedition: New York, G.P. Putnam's Sons, (səhifə405)
↑bax,.. Wade, F.A., 1945, An Introduction to the Symposium on Scientific Results of the United States Antarctic Service Expedition, 1939–1941: Proceedings of the American Philosophical Society, v. 89, (səhifə1-3)
↑bax,.. Warner, L.A., 1945, Structure and Petrography of the Southern Edsel Ford Ranges, Antarctica: Proceedings of the American Philosophical Society, v. 89, (səhifə 78-122)
↑bax,.. Meunier, T.K., 2006, U.S. Geological Survey Scientific Activities in the Exploration of Antarctica: Introduction to Antarctica (Including USGS Field Personnel: 1946–59) Open-File Report 2006–1117, Richard S. Williams, J., and Jane G. Ferrigno, eds.: Washington, D.C., U.S. Geological Survey, (səhifə 14).
↑bax,.. Wade, F.A., et al., 1977, Reconnaissance geologic map of the Alexandra Mountains quadrangle, Marie Byrd Land, Antarctica, Map A-5: Reston, VA, U. S. Antarctic Research Program.
↑bax,.. Beitzel, J.E., 1972, Geophysical investigations in Marie Byrd Land, Antarctica [Ph.D. dissertation thesis]: Medison, Viskonsin-Medison Universiteti.