Fragaria insularis

Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.

Meşə çiyələyi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Fragaria vesca L.

Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur.

Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir.

Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır. Yarpaqlarında 250-380 mq% C vitamini, aşılayıcı maddə və üzvi turşular vardır. Meşə çiyələyini təzə halda süd və ya qaymaqla yeyirlər. Ondan mürəbbə, povidlo, şərbət, marmelad, konfet və karamel üçün içlik, şərab və sərinləşdirici içkilər hazırlanır. Təzə meyvələr susuzluğu yatırır, iştahanı artırır, qidanın həzmini yaxşılaşdırır. Tərkibində dəmir çox olduğundan qan azlığında, sinqa və böyrəklərin xəstəliyində geniş tətbiq edilir. Çiyələyin qurudulmuş yarpaqlarından moruq meyvəsi ilə birlikdə çay dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərdə tərlədici və hərarəti aşağı salan dərman kimi istifadə olunur.

Çiyələyin kökündə 9%-ə qədər tanin vardır. İshala qarşı çiyələyin kökündən alınmış sulu məhluldan istifadə edilir.

Hündürlüyü 5-20 (35) sm olan, çoxillik ot bitkisidir. Cavan budaqları bitkinin köndələn kökümsovları və kökətrafı yarpaqların qoltuğunda inkişaf edib, uzundur, üfüqi sürünəndir. Yarpaqcıqlar rombaoxşar-ovaldır, üst tərəfdən tünd-yaşıl, səpələnmiş basıq-tüklü və yaxud çılpaqdır, alt tərəfdən solğun-yaşıl, sıx ipək kimi sıxılmış tüklüdür. Çiçəkqrupu qalxanşəkilli olub, az çiçəklidir. Kasaaltlığının yarpaqcıqları xətvari və yaxud lansetvaridir və kasa yarpaqlarına bərabərdir. Ləçəkləri ağ rənglidir. Yetişmiş meyvələri parlaq-qırmız rənglidir və yumurtaşəkilli-konusvaridir, ətirlidir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında (Naxç., başqa). Ovalıqdan orta dağ qurşağına qədər, bəzən yuxarı dağ qurşağında.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, meşə kənarlarında və kolluqlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Meyvələri yeyilir və mürəbbə, essensiya, limonad içkisinin hazırlanması üçün istifadə olunur. Quru meyvələri tibbdə işlənir.

  • Dactylophyllum fragaria Spenn.
  • Fragaria abnormis Tratt.
  • Fragaria aliena Weihe
  • Fragaria alpina (Weston) Steud.
  • Fragaria botryformis Duchesne
    • Fragaria californica var. crinita (Rydb.) H.M.Hall
  • Fragaria chinensis Losinsk.
  • Fragaria concolor Kitag.
  • Fragaria eflagellis Duchesne
  • Fragaria eflagellis (Weston) Duchesne ex Rozier
    • Fragaria elatior var. muricata (L.) Willd.
  • Fragaria florentina Poit. & Turpin
  • Fragaria gillmanii Clinton
  • Fragaria hortensis Duchesne
  • Fragaria hortensis (Weston) Duchesne ex Rozier
  • Fragaria insularis Rydb.
  • Fragaria mexicana Schltdl.
  • Fragaria minor Duchesne
  • Fragaria monophylla L.
  • Fragaria multiplex Duchesne
  • Fragaria multiplex Duchesne ex Poit. & Turpin
  • Fragaria muricata L.
  • Fragaria nemoralis Salisb.
  • Fragaria nuda Pers.
  • Fragaria portentosa Poit. & Turpin
  • Fragaria retrorsa Greene
  • Fragaria roseiflora Boulay
  • Fragaria semperflorens Duchesne
  • Fragaria semperflorens Duchesne ex Rozier
  • Fragaria silvestris Duchesne [Spelling variant]
  • Fragaria succulenta Gilib.
  • Fragaria sylvestris (L.) Duchesne
  • Fragaria sylvestris (L.) Weston
    • Fragaria sylvestris var. alba Duchesne
    • Fragaria sylvestris var. alba Weston
    • Fragaria sylvestris var. alpina Weston
    • Fragaria sylvestris var. argenteovariegata Weston
    • Fragaria sylvestris var. eflagellis Weston
    • Fragaria sylvestris var. hortensis Weston
    • Fragaria sylvestris var. minor Weston
    • Fragaria sylvestris var. monophylla (L.) Weston
    • Fragaria sylvestris var. muricata (L.) Weston
    • Fragaria sylvestris var. nigricans Weston
  • Fragaria unifolia Steud.
  • Fragaria vesca f. alba (Duchesne) Staudt
    • Fragaria vesca var. alba Stokes
    • Fragaria vesca var. alba (Weston) Rydb.
    • Fragaria vesca var. alpina (Weston) Pers.
    • Fragaria vesca var. corsica Briq.
    • Fragaria vesca var. crinita (Rydb.) C.L.Hitchc.
  • Fragaria vesca f. eflagellis (Duchesne) Staudt
    • Fragaria vesca var. eflagellis (Weston) DC.
    • Fragaria vesca var. hortensis (Duchesne) Ser.
    • Fragaria vesca var. minor (Weston) Sm.
    • Fragaria vesca subsp. monophylla (L.) Nyman
    • Fragaria vesca var. monophylla (L.) Pers.
    • Fragaria vesca var. multiplex (Duchesne ex Poit. & Turpin) Ser.
    • Fragaria vesca var. muricata (L.) L.
    • Fragaria vesca var. rosea Rostr.
    • Fragaria vesca var. roseiflora (Boulay) Rouy & E.G.Camus
  • Fragaria vesca f. semperflorens (Duchesne ex Rozier) Staudt
    • Fragaria vesca subsp. semperflorens (Duchesne) Bertsch & F.Bertsch
    • Fragaria vesca var. semperflorens (Duchesne ex Rozier) Sm.
    • Fragaria vesca var. sylvestris L.
    • Fragaria vesca subsp. vesca vesca
  • Fragaria vesca f. vesca
  • Fragaria vulgaris Ehrh.
    • Fragaria vulgaris var. alba (Weston) Ehrh.
    • Fragaria vulgaris var. eflagellis (Weston) Duchesne ex Chevall.
    • Fragaria vulgaris var. hortensis (Weston) Chevall.
    • Fragaria vulgaris var. minor (Weston) Duchesne ex Chevall.
    • Fragaria vulgaris var. monophylla (L.) Chevall.
    • Fragaria vulgaris var. muricata (L.) Chevall.
    • Fragaria vulgaris var. rubra Ehrh.
    • Fragaria vulgaris var. semperflorens (Duchesne ex Rozier) Chevall.
  • Potentilla vesca (L.) Scop.