Françesko Solimena (it. Francesco Solimena; doğum Kanal di Serino, Avellino, 4 oktyabr 1657 – ölüm Neapol, 3 aprel 1747) Barokko dövrü italyan rəssamlardan biri, neopolitan rəssamlıq məktəbinin qabaqcıl nümayəndələrindən biri.
Françesko Solimena | |
---|---|
Francesco Solimena | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kanal di Serino, Avellino |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Neapol |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | rəssam, memar |
Stil | barokko |
Hamisi | XIII Papa Benedikt |
Vikianbarda əlaqəli mediafayllar |
Françesko Solimena Avellino yaxınlığında, Kanal di Serinoda rəssam ailəsində anadan olmuşdu. Onun ilk müəllimi atası idi. 1674-cü ildə Françesko ömrünün böyük hissəsini keçirdiyi Neapola gəldi. 1702-ci ildə Monte Kazzinoda bir il keçirdi, və 1700 və 1707-ci illərdə Romada yaşadı. Neapolda o, Franseska di Mariya ilə birgə çalışırdı. 1723 və 1728-ci illərdə Solimena Vyanada yaşadı. Burada o, Şahzadə və Komandan Yevgeni Savayskoqonun sifarişlərini hazırlayırdı. O, görkəmli, hörmətli adam və uğurlu rəssam idi, rəssamlıq onu zəngin etmişdi.
Bəzən Solimena arxitektual layihələr həyata keçirirdi, məsələn, o, özü Neapol Palazzo Via San Potitoda saray tikdirmişdi və o, San Nikola della Karitanın Neapolitan kilsəsinin fasadının müəllifi idi.
Onun 1674-cü ildən sonra Neapoldan nadir hallarda çıxmağına baxmayaraq dövrünün ən təsirli rəssamlarından biri idi. Onun rəssamları arasında Neapolitan janrı rəssamı Qaspare Travesti və Sebastyan Konça, Françesko de Mura və Avstriya Barokko rəssamları Daniyel Qran, Paul Troqer var idi.
F. Solimenanın əsərləri Sankt Peterburqun Ermitaj, Londonun Milli Qalereyası, Nyu Yorkda yerləşən Metropoliten, Parisdəki Luvr, Los-Ancelesin Paul Qetti, Vyananın İncəsənət Muzeylərində və Neapol, Minneapolis, Zalsburq, Ştutqart, Hyuston və başqa şəhərlərdəki muzeylərdə saxlanılır.