Frankofoniya (fr. l’Organisation internationale de la Francophonie (OIF) — fransızdilli ölkələrin beynəlxalq təşkilatı (OIF). 54 üzvü, dövlətləri və hökumətləri təmsil edən təşkilatın 7 assosiativ üzvü, həmçinin 27 müşahidəçi üzvü var[2] .
Frankofoniya OIF[1] | |
---|---|
Yaranma tarixi | 20 mart 1970[1] |
Rəsmi dili | |
Mərkəzi | |
francophonie.org francophonie.org/francop… francophonie.org/la-fran… francophonie.org/la-fran… francophonie.org/francof… |
|
Vikianbarda əlaqəli mediafayllar |
OIF 4 əsas məqsədə uyğun olaraq 88 dövlət və hökumətə öz siyasətlərini inkişaf etdirmək və ya möhkəmləndirmək, beynəlxalq siyasətləri və çoxtərəfli əməkdaşlıq fəaliyyətlərini həyata keçirməkdə dəstək verir:
OIF Frankofoniya Parlament Assambleyası (APF) və 4 operatorla: Agence Universitaires de la Francophonie (AUF), beynəlxalq frankofon yayımçısı TV5Monde, Frankofoniya Bələdiyyə Başçılarının Beynəlxalq Assosiasiyası (AIMF) və İsgəndəriyyə Universiteti ilə birlikdə frankofoniya sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirir [3] .
Təşkilata qoşulmaq üçün əsas meyar konkret ştatın əhalisinin fransız dilini bilmə dərəcəsi deyil (baxmayaraq ki, bu, arzuolunandır), Fransa ilə onilliklər və hətta əsrlər boyu inkişaf etmiş mədəni əlaqələrin olmasıdır. Məsələn, Ermənistan bu təşkilatın üzvüdür, Ukrayna və Baltikyanı ölkələr isə müşahidəçidir. Fransa və Rusiya Trianon müqaviləsi vasitəsilə vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqəni gücləndirirlər[4].
Frankofoniya müasir formada 1970- ci ildən mövcuddur. Təşkilatın şüarı fransız deyimi "Bərabərlik, tamamlama, həmrəylik"dir ( fr. «égalité, complémentarité, solidarité») .