Frans Verfel (d. 10 sentyabr 1890, Praqa - ö. 26 avqust 1945, Beverli-Hillz, Kaliforniya) - Avstriya yazıçısı, dramaturqu və şairi. 1920-ci illərdə Almaniyanın ən tanınmış yazıçılarından biri idi. Nasist Avstriyanın 1938-ci il işğalından sonra Vyananı tərk etdi, ilk olaraq Fransaya, Fransanın istilasından sonra isə ABŞ-də məskunlaşdı.
Frans Verfel | |
---|---|
Franz Werfel | |
Doğum tarixi | |
Doğum yeri | Praqa |
Vəfat tarixi | 26 Ağustos 1945 |
Vəfat yeri | Beverli-Hillz |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, şair, dramaturq, ssenarist, fantastika yazıçısı[d] |
Əsərlərinin dili | alman dili |
Janr | Detektiv |
Vikianbarda əlaqəli mediafayllar |
1890-cı ildə Praqada anadan olub. Alman dilli yəhudi icmasına mənsub idi. Atası əl sənayesi əlcəklərinin zəngin istehsalçısı Rudolf Verfel, anası isə fabrik sahibinin qızı Albine Kussi idi. Franz Verfel cütlüyün üç övladından birincisi olub. Katolik dayə Barbara Simunkovanın təsiri ilə xristian mədəniyyətinə yaxın bir şəkildə böyümüşdü.
16 yaşında şeir yazmağa başladı. Maks Brod və Frans Kafka kimi yazıçılarla dostluq etdi. İlk şeirlər kitabı "Dünyanın Dostu" (Der Weltfreund) 1911-ci ildə çap olundu və bestseller oldu. 1912-ci ildə Leypsiqə köçdü və bir nəşriyyatda redaktor olaraq çalışdı. Else Lasker-Schüler, Martin Buber, Rayner Mariya Rilke kimi Alman yazıçı və şairləri ilə görüşdü. Birinci Dünya Müharibəsi başlayanda Rusiya cəbhəsində Avstriya-Macarıstan ordusunda telefon operatoru kimi xidmət etmişdi.[1] Bu təcrübə onun işini formalaşdıran dinc mənzərəyə əsaslanırdı. Teatr pyesləri və digər uydurma əsərlər hazırlamağa davam edir. 1917-ci ildə cəbhə bölgəsini tərk etdi və Vyanadakı mətbuat ofisində işə başladı. Bu dövrdə gələcək həyat yoldaşı Alma Mahler ilə görüşdü. O vaxt memar Walter Gropius ilə evlənən Alma Mahler 1920-ci ildə həyat yoldaşından boşandı, lakin uzun müddət evlənməkdən imtina etdi. Cütlük 6 iyul 1929-cu ildə evləndi.
12 yaşından etibarən bir opera izleyicisi və Verdi hayranı olan Verfer, 1924 ilində "Verdi, Operanın Romanı" adlı ilk romanını yayımladı. Bu əsər artıq Verfelin bir romancı olacağını öyləyirdi. 1924-cü ildə yazılmış "Juarez və Maksimilian" pyesi ilk dəfə 1925-ci ildə Maqdeburqda səhnəyə qoyuldu. Ancaq növbəti il Vyanada və Berlində Maks Reynhardt tərəfindən səhnəyə qoyulanda böyük bir müvəffəqiyyət qazandı. Bu əsər ilə o, Vyana Elmlər Akademiyasından "Qrilparzer mükafatı" aldı.
1925-ci ildə Verfel Alma Mahler ilə Fələstinə və Misirə səyahət edən Verfel gördüklərinin təsiri ilə qələmə aldığı "Yəhudilərin arasındkı Pavlus" əsərini 1926-cı ildə yayımladı. Elə həmin il akademiyanın yeni qurulan ədəbi şöbəsinin iyirmi qurucu üzvündən biri olmaqla Prussiya Rəssamlıq Akademiyasının üzvü seçildi. 1927-ci ildə Çexoslovakiya Dövlət Mükafatına və 1930-cu ildə İsveç ədəbi mükafatı olan "Schiller" mükafatına layiq görülmüşdür. Artıq Almanca yazan məşhur yazıçılardan biri olmuşdu.
1928-ci ildə "Məzunlar Günü" romanında başqalarından fərqli olduğu üçün dostları və hətta ailəsi tərəfindən döyüldüyü bir gənc Adlerin hekayəsini danışdı.[2]8 iyul 1929-cu ildə Alma Mahlerin evlənmək təklif etdiyi yəhudi dinindən ayrılma şərtini yerinə yetirərək evlənən müəllif daha sonra bunun yəhudi olmadığını, ancaq köklərini inkar etməyəcəyini ifadə etmişdi.
1929-cu ildə həyat yoldaşı Alma Mahler ilə Yaxın Şərqə səyahətdən sonra "Musa dağında qırx gün" kitabını yazdı. 1938-ci ildə Avstriyanın ilhaqından sonra Verfel Fransadan ayrıldı və Marsel yaxınlığında bir balıqçı kəndində yaşamağa başladı. Fransanın işğalı ilə yenidən qaçmalı olmuşdu. Həyat yoldaşı ilə sığındığı Lourdesdə bir neçə həftədən sonra Madridə, sonra Lissabona getdi və oradan da gəmi ilə Nyu-Yorka getdi. Verfel 13 oktyabr 1940-cı ildə Nyu-Yorka gəldi və daha sonra Los-Ancelesə yerləşdi. Ölkəsindəki uğurlkarını ABŞ-də da davam etdirməyə müvəffəq oldu. "Oğurlanmış cənnət" və "Bernadettin səsi" ən çox satılan kitablardandır. 17 avqust 1945-ci ildə vəfat etdi və Los-Ancelesdəki Rosandale qəbiristanlığında dəfn edildi. Müharibədən sonra məzarı Vyanaya gətirildi.