Frantişek Filip (26 dekabr 1930[1] – 9 yanvar 2021[2][1], Praqa[1]) — Çex rejissoru.
Frantişek Filip | |
---|---|
František Filip | |
Doğum tarixi | 26 dekabr 1930[1] |
Vəfat tarixi | 9 yanvar 2021[2][1] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19[3] |
Milliyyəti | çex |
Vətəndaşlığı | |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1950-2021 |
Təhsili |
|
Mükafatları | Talia Mükafatı (2017) |
IMDb | ID0277001 |
Frantişek Filip 26 dekabr 1930-cu ildə Çexoslovakiyanın Pişek şəhərində anadan olmuşdur. Praqada Sənət Akademiyasında təhsil alarkən, O, 1950-ci ildə ilk filmini çəkmişdir. Bu film sənədli film idi. Məzun olduqdan sonra, 1954-cü ildə Çexoslovak Televiziyasına qatıldı və təqaüdə çıxana qədər orada çalışdı. Lakin, təqaüdə çıxdıqdan sonra da televiziyada çalışmağa davam etdi. Karyerası boyunca hər yaşdan izləyənlər üçün müxtəlif janrlarda 600-ə yaxın film və televiziya proqramının rejissorluğunu etdi və bu sahədəki əvəzsiz xidmətlərinə görə 2017-ci ildə Talia Mükafatına layiq görüldü.
Məşhur rejissor Frantişek Filip də insanlığın bəlasına çevrilən koronavirus pandemiyasına yoluxmuşdu və bu amansız xəstəlikdən əziyyət çəkirdi. Uzun müddət sürən müalicələr belə onu xilas edə bilmədi və məşhur film və televiziya rejissoru Frantişek Filip 9 yanvar 2021-ci ildə koronavirus pandemiyasından dünyasını dəyişdi.