Frauke Petri (alm. Frauke Petry, qızlıq soyadı (Marquardt); d. 1 iyun 1975, Drezden, Almaniya Demokratik Respublikası) — AFR siyasətçisi, biznesmen.
Frauke Petri | |
---|---|
alm. Frauke Petry | |
Şəxsi məlumatlar | |
Doğum adı | Frauke Marquardt |
Doğum tarixi | 1 iyun 1975[1][2][…] (49 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, kimyaçı, sahibkar, orqan ifaçısı[d], xormeyster[d] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
fraukepetry.net | |
Vikianbarda əlaqəli mediafayllar |
1975-ci ildə Drezdendə anadan olub. 1989-cu ilə kimi ailəsi ADR-in Şvartshayde şəhərində yaşayıb. Anası kimyaçı, atası mühəndis olub. Ailəsi üç dəfə Federativ Almaniyaya qaçmaq istəyib, ancaq istəyinə 1989-cu ildə nail olub. 1992-cu ildə ailəsi Berqkamen şəhərinə köçür (Şimali Reyn-Vestfaliya torpağı).
1998-cu ildə Redinq Universitetini (İngiltərə) kimyaçı bakalavr ixtisası ilə bitirir. 2004-cü ildə Gettinq Universitetinin doktoru olur.
2013-cü ildə Almaniya üçün Alternativ siyasi partiyasının üç həmsədrindən biri olur. 2014-cü ildən Saksoniya landtaqı parlamentinin deputatıdır. 2015-ci ildə partiyanın lideri seçilir.
F. Petri vergilərin azaldılması, Avropa Birliyinin islahatı, Almaniyanın avrozonadan çıxması, miqrantlara qarşı sərt mövqe uğrunda çıxış edir.[4][5]. Siyasi tənqidçilər onu populizmdə və rasizimdə ittiham edirlər.[6].