Frazeologizm

Frazeologiya (yun. phrasis -ifadə , yun. logos - təlim) — dilçilikdə bu termin geniş mənada müəyyən dildəki frazeoloji birləşmələri öyrənən elmdir.

Frazeoloji birləşmələr məcmusu, nisbətən dar mənada emosional və ekspressiv səciyyə daşıyan sabit söz birləşmələri haqqında işlənir. Bundan başqa , bir yazıçının əsərlərinin (məsələn, M.F.Axundovun komediyalarının frazeologiyası) , müəyyən bir dövrün (məsələn, 20-ci əsr mətbuatının frazeologiyası) , müəyyən dil abidələrinin (məsələn, Orxon Yenisey kitabələrinin frazeologiyası) ifadələrindən bəhs etdikdə frazeologiya termini işlədilir.

Frazeologiya dildə mövcud olan bütün sabit söz birləşmələrinin məcmusu deməkdir. Sabit söz birləşmələrində sözlər üzvi sürətdə elə birləşir ki, onları bir-birindən ayırmaq, birini başqası ilə əvəz etmək və hər bir sözü müstəqim mənada düşünmək olmur, məsələn,gözə gəlmək,yola vermək, qulağına çatdırmaq və s.

Frazeoloji birləşmələr

[redaktə | mənbəni redaktə et]

Frazeoloji birləşmələrin şeir mətnində özünəməxsus zəngin bədii həyatı var. Mühüm estetik ünsür kimi, poetik mətni təşkil edən ilkin dil materiallarından biri kimi frazeoloji vahidlər adi danışıq, məişət-ünsiyyət funksiyasindan fərqli olaraq özün də, daxili semantikasında gözlənilməz əsrarəngizliklər gizlədir. Ondaki potensial imkanlar söz sənətkarlarinin qələmindən misralara süzüldükcə açilir. Lakin heç zaman tükənib-qurtarmir. Gözlənilməz bədii-estetik kəşflər, üslubi tapintilar üçün həmişə etibarlı bünövrə, qüdrətli özül rolunu oynayır. Bu məziyyət – sabit söz birləşmələrinin obrazlı deyim mühitinin yeni-yeni çalarlar da təzahür etməsi ürəyə yatan üslubi məna rəngləri qazanmasi da spesifik dünya baxışından və söz üzərində çəkdiyi zəhmətin səmərəsindən asılı olaraq frazeoloji dil materiallarının rəngarəng, üslubi keyfiyyətləri təzahür edir. Məşhur fransız şairi Pol Valerinin frazeoloji birləşmələri “hazır verilmiş şeir” kimi səciyyələndirməsi, onun poeziya üçün misilsiz dil materialı adlandırması şəksiz ki, əsaslı arqumentlərlə özünü doğruldur. Əlamətdar cəhət ondan ibarətdir ki, frazeoloji birləşmələr dilin leksik sistemin də öz xəlqi təbiətinə görə seçilir. Onlar bir sıra ciddi tədqiqat əsərlərin də sözə ekvivalent hesab edilsə də, ekspressivliyinə, emosionallıq keyfiyyətlərinə görə mühüm özünə məxsusluqları vardır. Buna görə də onlar şeirdə daha çox dil hadisəsi ki mi yox, nitq hadisəsi kimi çıxış edərək semantika və normalardan yayınmahallarına məruz qala bilir. Məsələn :cin atına minmək, can vermək, cana gəlmək, dilotu yemək, ağzına su alıb oturmaq və s

Söz sənətkarı onun semantik hərəkətinin istiqamətini, komponentlərini dəyişmə imkanlarını duyur və bədii gözəllik naminə linqvistik normalara müdaxilə etmə səlahiyyətləri əldə edə bilir. Poeziyada frazeoloji vahidlər – zəngin semantik-üslubi xüsusiyyətlərlə çıxış edir. Düşdüyü kontekstdə onlar təsvir və tərənnüm obyektini təsirli poetik vüsətlə canlandirir. Məhz bunun nəticəsidir ki, “bütün zamanlarda frazeoloji birləşmələr ədəbiyyatşünaslar 4 tərəfindən adi leksik vahiddən daha çox obrazlılıq, yüksək ifadəlilik vasitəsi kimi dəyərləndirilmişdir. O da xüsusi vurğulanmışdır ki, xalq frazeologiyası bu baximdan daha aparıcı mövqelidir”.

Komponentlərin mənaca qovuşuq və ayrılmaz olması frazeologizmlərin sabitliyini göstərir. Frazeologizmlərin məna strukturunda inteqral(məna fərqləndirən) əlamətlər var. Diferensial əlamətlər, frazeologizmin rəngarəng olduğunu , inteqral əlamətlər isə frazeologizmin digərinə uyğunluğunu göstərir. Frazeologizmlərin mənası tərkib üzvlərin mənaları əsasında yox, bütövlekdə müəyyənləşir. Bunların mənasını, forma və məzmun vəhdəti baxımından, yanaşmaqla açmaq mümkündür. Frazeologizmlərdə onların konkret maddi əsasını təşkil edən sözlərə , struktur modellərinə diqqət yetirmək lazımdır.

Leksikologiyanın şöbələri və frazeologiya haqqında ümumi məlumat (PDF). referat.ilkaddimlar.com. 12.07.2018. 2 səh.