Frederik Avqust Abel

Frederik Avqust Abel (ing. Frederick Augustus Abel; 17 iyul 1827[2][3], London[2] və ya Vulviç, Böyük London[4][1]6 sentyabr 1902[3], London, Birləşmiş Krallıq) — İngiltərə kimyaçısı.[5]

Frederik Avqust Abel
ing. Frederick Augustus Abel
Doğum adı Frederick Augustus Abel
Doğum tarixi 17 iyul 1827(1827-07-17)[2][3]
Doğum yeri
Vəfat tarixi 6 sentyabr 1902(1902-09-06)[3] (75 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya[1]
Elmi rəhbəri Avqust Vilhelm Hoffmann
Üzvlüyü
Mükafatları Knight Grand Cross of the Royal Victorian Order Cəngavər bakalavrı Companion of the Order of the Bath
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frederik Avqust Abel 17 iyul 1827-ci ildə Vulviçdə anadan olmuşdur. O, Kral Politexnik İnstitutunu bitirmişdir. 1862-ci ildə Vulviçdəki Britaniya Müharibə İdarəsinin kimyəvi laboratoriyasının direktoru kimi Abelə təhlükəsi səbəbindən bu yaxınlarda kontinental Avropanın bütün dövlətlərində rədd edilmiş piroksilinlə bağlı yeni hərtərəfli tədqiqatlar aparmaq tapşırılmışdır.

Çox geniş proqram üzrə aparılan tədqiqatlar nəticəsində Abel bu maddənin xassələrini təfərrüatı ilə öyrənə bilmiş, həmçinin onun fabrikdə istehsal üsulunu xeyli təkmilləşdirmişdir. Bunun sayəsində piroksilin dünyada yenidən hərbi məqsədlər üçün istifadə edilmişdir.

1883-cü ildə Abel Vyanada elektrik sərgisində hökumət komissarı idi və oradan qayıtdıqdan sonra zadəgan rütbəsinə yüksəlmişdir. 1877-ci ildə alim London Kral Cəmiyyətinin Kral Medalına layiq görülmüşdür.[6]

Frederik Avqust Abel 6 sentyabr 1902-ci ildə Londonda vəfat etmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "On recent investigations and explorations of explosive agents" (1871);
  • "Researches on explosives" (1875);
  • "The modern history of gunpowder" (1877);
  • "Electricity as applied to explosive purpose" (1884);
  • "Gun-cotton" (1886).
  • "Handbuch der Chemie" (совместно с Bloxam’ом)

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Долголенко В. Абель, Фредерик-Август // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.