Freestyle rep (azərb. Sərbəst rep) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur.[1][2][3][4][5] Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq[6][7] və Azərbaycan mədəniyyətindəki meyxana[8] ilə bənzərlik göstərməkdədir.