Azərbaycan hip-hopu

Azərbaycan hip-hopu və ya Azərbaycan repihip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır.

Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.[1] 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı.[2]

2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, UranHüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi.[3][4][5][6] Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb.[7] 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı.[2][8]

2010-cu illərdə repçi Miri Yusifin reqqisoul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur.[9] 2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin"İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop müziklının premyerası baş tutmuşdur.[10][11] Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxana ustası Ağamirzə ifa ediblər.[10] 2016-cı ildə Uran Azərbaycan repində ilk dəfə 100 misralıq non-stop trek çıxarıb.[12]

2018-ci ildə Azərbaycanda "Kəllə-Kəlləyə" rep-battl arenası məşhurluq qazanıb.[13]

Vətənpərvərlik mahnıları

[redaktə | mənbəni redaktə et]

Digər musiqi janrlarında olduğu kimi, vətənpərvərlik ruhunda yazılan mahnıların Azərbaycan hip-hopunda xüsusi yeri var. Bu mövzuda "Dəyirman" qrupunun "Ya Qarabağ, Ya Ölüm", Uranın "Kor zabit", "Kor zabit 2", "İçimdə ağrım", "Vətən balladası", və s., Anar Nağılbazın "Ey erməni", Qaraqanın "Xocalı", Hüseyn Dəryanın "Soy", Okaberin "Taboo" mahnılarını qeyd etmək olar.[14]

Sevgi mahnıları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan hip-hopunda sevgi mövzusunda mahnılar adətən duet formasında olur. Uğurlu duetlərdən Anar Nağılbazın Brilliant Dadaşova ilə "Mən səni sevirəm", Elşad Xosenin Elnarə ilə "Uzaqlara", Röya ilə "Gəl danış", Elli ilə "Çıx get", Günay İbrahimli ilə "Yadına sal", Elmira Ələkbərzadə ilə "Tənhayam" mahnılarını qeyd etmək olar.

Sosial-iqtisadi mahnılar

[redaktə | mənbəni redaktə et]

Azərbaycan hip-hopunda cəmiyyətdə baş verən sosial-iqtisadi hadisələr geniş yer alır. Bu mövzuda Qaraqanın "Bir", "Dəyirman" qrupunun və Elşad Xosenin "Cənab prezident", Uranın "Tam səmimi", Anar Nağılbazın Promete ilə "Qəribə vaxtlar", Hüseyn Dəryanın "Kef elə" və H.O.S.T.-un "Mənim Mübarizəm" mahnılarını qeyd etmək olar.[15]

Məşhurluğu və təsiri

[redaktə | mənbəni redaktə et]

2010-cu illərdə FacebookYoutube kimi sosial şəbəkələrinin internet cəmiyyətində artan rolu Azərbaycan rep musiqisinin digər ölkələrə daha da yayılmasına səbəb oldu.

Azərbaycan hip-hopu Rusiya hip-hopuna da təsir göstərmişdir. 2000-ci illərdə Pauk və Ptaxa, 2010-cu illərdə isə Rusiyanın pop və hip-hop musiqi səhnəsində "Azərbaycan dalğasına" aid olan HammAli & Navai, El'man, TERNOVOY, Jah Khalib, Jony, Bahh TeeKaspiyskiy Qruz kimi ifaçılar və qruplar uğur qazanmışdır.[16][17][18][19][20][21][22]

2015-ci ildə Kaspiyskiy Qruzun "Storona A / Storona B" (azərb. Tərəf A / Tərəf B‎) albomu, Rap.ru saytının "İlin Ən Yaxşı Rus Albomu" siyahısına düşüb.[23] 2017-ci ildə HammAli & Navai-nin ilk hiti "Tı moya ximiya" (azərb. Sən mənim kimyamsan‎) Rusiyada ən çox dinlənən mahnıların Top 20-liyinə düşüb.[24]

Görkəmli sənətçilər

[redaktə | mənbəni redaktə et]
Anar Nağılbaz  · Elşad Xose  · Qaraqan
  1. "Documenting the Horrors of Karabakh". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
  2. 1 2 "Rep musiqisi". Azerbaijanis.com. 5 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2011.
  3. "Well-known Azerbaijani rapper Huseyn Darya dies". en.apa.az. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 May 2014.
  4. "'Yetenek sizsiniz Türkiyə'də hamını ayağa qaldıran azərbaycanlı: 'Bizə heç kim kömək etmədi' – MÜSAHİBƏ + VİDEO". azxeber.com. 13 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2014.
  5. "Популярные азербайджанские реперы представят совместный проект". news.mail.ru. 13 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 May 2014.
  6. "Запрещенную песню азербайджанского рэппера Эльшада Хосе можно услышать в Интернете". www.trend.az. 14 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2014.
  7. Axundova, Gülnar. "Azərbaycanda repçilər nədən qazanır?". www.azadliq.org. Azadlıq radiosu. 2 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
  8. "Что случилось с рэп-группой "HOST Alyans"?". 1news.az. 14 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2014.
  9. Vişnevskiy, Feliks. "Мири Юсиф. Рождение «Белого ворона»". 1news.az. 1news.az. 2014-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2016.
  10. 1 2 "Leyli and Majnun hip-hop style". News.az. 1 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2011.
  11. "В Баку состоялась премьера первого азербайджанского мюзикла в стиле хип-хоп "Лейли и Меджнун" – ФОТО". 1news.az. 22 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2011.
  12. "Azərbaycan Repində bir ilk: "100-lük"". www.azadliq.org. www.azadliq.org. 25 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
  13. ""Pərviz çox söyüş söydü" - "Kəllə Kəlləyə"də dava". qafqazinfo.az. qafqazinfo.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2020.
  14. "Qaraqan "Xocalı" adlı mahnı oxuyub". www.gun.az. www.gun.az. 25 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2016.
  15. Allahverdiyeva, Rəna. "Hörmətlə, Uran!". www.azadliq.org. www.azadliq.org. 2015-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2016.
  16. "ВОТ ЧТО Я ЛЮБЛЮ: КАСПИЙСКИЙ ГРУЗ". www.rap.ru. www.rap.ru. 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  17. Батыев, Бахрам. "«МОЯ СЕМЬЯ НЕ ВИНОВАТА В ТОМ, ЧТО КАКИЕ-ТО ДЕБИЛЫ ИЗГНАЛИ ИЗ ЕРЕВАНА ВСЕХ АЗЕРБАЙДЖАНЦЕВ»". www.vesti.az. www.vesti.az. 2015-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  18. "«Знай наших»: рэпер Паук: "Я - основатель рэпа в Азербайджане"". baku.ws. baku.ws. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  19. "Курортный роман российского певца в Баку". www.trend.az. www.trend.az. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  20. "Никакой конкуренции: как азербайджанцы поддерживают друг друга в России". az.sputniknews.ru. az.sputniknews.ru. 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
  21. "Звездные азербайджанцы России, Казахстана и Узбекистана – Жаркое лето 2019 (ФОТО)". www.trend.az. www.trend.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
  22. Doyle, Kevin. "Music review". eurasianet.org. eurasianet.org. 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
  23. "ИТОГИ ГОДА: ЛУЧШИЕ РУССКИЕ АЛЬБОМЫ, ЧАСТЬ 2". www.rap.ru. www.rap.ru. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  24. ""YouTube"da rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişinə dəvət edilib". sputnik.az. sputnik.az. 2021-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2019.
  • Səid Riad. #Intro: Repin Tarixi. BaşlaKitab — 2018. 160 səh.
  • Səid Riad. OUTRO: Repin Təhlili. BaşlaKitab — 2022. 146 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]