Frenk Morris

Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con AnqlinKlarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur.[1]

Frenk Morris
Doğum tarixi 1 sentyabr 1926(1926-09-01) (98 yaş)
Doğum yeri
Yoxa çıxıb
Vətəndaşlığı
Fəaliyyəti cinayətkar
Cinayət Narkotik, silah alveri
Cinayət cəzası Ömürlük həbs
Cinayət statusu Qaçaq, itkin

Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub.[2] Ailəsi 11 yaşındaykən ondan imtina edir.[3] Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi.[4][5] İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi. Daha sonra o, Mayami-Biçdə böyük oğurluqlar, avtomobil oğurluğu və silahlı soyğunçuluğa görə həbs edildi.[6][5] Morrisin ölçülən İQ testinə görə ümumi əhalinin ilk 2%-də yer aldığı bildirilir (133).[7] O, Florida və Corciya ştatlarında çalışmış, daha sonra bank soyğunçuluğuna görə 10 il cəza çəkərkən Luiziana ştat həbsxanasından qaçmışdır. O, bir il sonra oğurluq edərkən yenidən tutulmuş və 20 yanvar 1960-cı ildə AZ1441 nömrəli məhbus kimi Alkatraza göndərilmişdir.[8]

Alkatraza gəlişi və qaçış planı

[redaktə | mənbəni redaktə et]
Qaçdıqları günün sabahı, gözətçilər tərəfindən Morrisin yatağında tapılan kukla baş.

Feank Morris Alkatraza gəldiyi ilk andan hər bir məhbus kimi buradan çıxmaq yollarını axtarmağa başladı. Gözətçilər onu çox ağıllı bir adam olduğunu, ancaq ailəsindəki qarışıq vəziyyətdən dolayı uşaq vaxtlarından pis işlərə qarışdığını bildirmişlər.[9] Frenk Morris, Con Enqlin, Klarens Enqlin daha öncə başqa bir həbsxanada tanışmışdılar. Alkatrazda, təhlükəsizlik ən yüksək səviyyədə idi, bütün məhkumlar tək nəfərlik kamerada qalırdı. Gözətçilər növbəli olaraq gün ərzində dəyişirdi.[10]

Morris və qrupu kamera divarını deşib, əvəzinə jurnallardan hazırladığı bu maketi yerləşdirərək çölə çıxdılar. Beləliklə gözətçilər divarın deşilmiş olduğunu heç vaxt anlamadılar.

Əslində Frenk Morris, Con Enqlin və Klarens Enqlinlə yanaşı qaçış planında Alen Vest də vardı.[11] Lakin Alen Vest, çox yavaş hərəkət etməsindən dolayı digərlərinin arxasında qaldığı üçün Alkatrazdan qaça bilmədi.[11] Frenk Morris qrupun lideri sayılırdı, qaçış planı tam olaraq özünə aiddir. Morris, uzun müşahidələr etdikdən sonra Alkatraz divarlarının köhnəldiyini və dənizin də divarlara vurmasıyla divarların aşındığının fərqinə vardı. Bir alət ilə divarı qazmağa başlayan Morris beləliklə qaçışın ilk addımını atdı.[12]

Deyilənlərə görə, Morris və qrupuna qaçmaları üçün Alkatrazda demək olar ki, hər kəs kömək etmişdir.[13] Morris, Alkatrazda müxtəlif vəzifələrdə çalışan məhbuslardan kömək almışdır, məsələn kuklaların hazırlanmasına bərbər olaraq çalışan bir Alkatraz məhbusu yardım etmişdir.[11]

Digər tərəfdən, kitab və jurnallar paylayan məhbus, kuklaların hazırlanması üçün Morris və onun qrupuna daha çox kitab və jurnal verdiyi söylənilir. Morris və qrupu kameradan çıxmağın yolunu tapmışdı, məqsədləri kameranın divarını qazdıqdan sonra kamera divarının içindən yuxarı dırmaşıb, dama çatmaq idi. Lakin ən önəmli nöqtə bura idi, çünki dama çatdıqdan sonra qarşılarında San Fransisko Körfəzinin soyuq və ağır dalğaları dayanırdı.[14]

Alkatraz quruya 2.4 km məsafədə yerləşirdi. Üzərək qarşı tərəfə keçmələri imkansızdı, çünki yola gecə çıxmaq məburiyyətində idilər və gözətçilər gün boyu növbə tuturdular, eyni zamanda müəyyən araqlıqlarla sayım həyata keçirilirdi. Morris və qrupu qarşı tərəfə keçmək üçün həbsxana şəraitində həyata keçirilməsi çox çətin olsa da, kiçik bir qayıq hazırlamağı planladılar. Bunu hazırlamaq bir az zaman aldı, onlar yağmurluqlardan bir qayıq düzəltdilər və təxminən 50 ədəd yağmurluq istifadə etdilər. Morris və qrupu gecə öz yerlərinə yerləşdirmək üçün hazırladıqları kuklaları yerlərinə yerləşdirdilər və kameralarında açdıqları yoldan yuxarıya dırmaşdılar. Orada qarşılarına çıxan dəmirləri kəsərək dama çatdılar. Ardından San Fransisko Körfəzinə açılıb bir daha geri dönmədilər.[14]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

1979-cu il ABŞ istehsalı Alkatrazdan qaçış adlı filmdə Frenk Morris rolunu Klint İstvud canlandırmışdır.[15]

  1. "Arxivlənmiş surət". 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  2. "Alcatraz Escape Part 2 of 17" (PDF). FBI Records: The Vault. səh. 52. mart 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 6, 2011. In 1955 Vital Statistic Records, Washington, D. C., revealed FRANK MORRIS was born September 1, 1926, Gallinger Hospital, Washington, D. C.
  3. McFadden, Robert D. "Anniversary of a Mystery at Alcatraz". The New York Times. June 9, 2012. June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2022.
  4. "Frank Morris caped From Alcatraz and Was a D.C. Native – Ghosts of DC". ghostsofdc.org (ingilis). sentyabr 10, 2012. iyul 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 19, 2018.
  5. 1 2 "The Great Escape From Alcatraz". Alcatrazhistory.com. Ocean View Publishing Company. səh. 1. May 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2014.
  6. "Frank Morris Escaped from Alcatraz and Was a D.C. Native". sentyabr 10, 2012. iyul 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 2, 2019.
  7. McFadden, Robert D. "Tale of 3 Inmates Who Vanished From Alcatraz Maintains Intrigue 50 Years Later". New York Times. June 9, 2012. June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2012.
  8. "Former Alcatraz Inmates List". National Archives of San Francisco. National Archives. avqust 15, 2016. may 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 2, 2018.
  9. "Arxivlənmiş surət". 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  10. "Arxivlənmiş surət". 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  11. 1 2 3 "Arxivlənmiş surət". 2015-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  12. "Arxivlənmiş surət". 2014-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  13. "Arxivlənmiş surət". 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  14. 1 2 "Arxivlənmiş surət". 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  15. McGilligan, Patrick (1999). Clint: The Life and Legend. Harper Collins (2002), p. 307. ISBN 0-00-638354-8.