Frensis Geri Pauers

Francis Gary Powers 17 avqust 1929[1]1 avqust 1977[1], Ensino[d], Kaliforniya 1960-cı ilin mayında Sovet torpaqları üzərində vurulan Lockheed U-2 casus təyyarəsinin pilotu olmuşdur.

Frensis Geri Pauers
ing. Francis Gary Powers
Doğum tarixi 17 avqust 1929(1929-08-17)[1]
Vəfat tarixi 1 avqust 1977(1977-08-01)[1] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi aviasiya qəzası[d]
Dəfn yeri
Fəaliyyəti pilot, casus
Fəaliyyət illəri 1950-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pauers Cenkins Kentukki ştatında anadan olub, lakin Virciniya-Kentukki sərhədində yerləşən Virciniya ştatının Pound şəhərində böyüyüb. Koreya müharibəsində də iştirak edən Pauers daha sonra MKİ-də işə başlayıb.

Tarixlər 1 may 1960-cı ili göstərdiyi zaman , cəmi 27 missiya uçuşu etmiş mülki MKİ pilotu Frensis Qari Pauers Sverdlovsk və Plesetsk ballistik raket sınaq mərkəzlərinin casus fotoşəkillərini çəkmək üçün Pişəvərdən havaya qalxır. Pauers Sverdlovsk ətrafında uçarkən ətrafında bəzi partlayışlar eşidir. Pauers yerdən atılan raketlərin təyyarəyə çata bilməyəcəyini düşünürdü, lakin Pilot Pauers tezliklə səhv etdiyini başa düşür. Sovetlərin yeni hazırladığı SA-2 yüksək hündürlüklü raketlərindən ikisi U-2-nin qanadını vura bilir. Pauers katapult oturacağından istifadə edərək təyyarəsini tərk etməli olur. Rus kəndlərindən birində yerə enən pilotu kənd sakinləri sovet hakimiyyətinə təhvil verirlər.

Təyyarə qəzaya uğradıqdan sonra ABŞ rəsmiləri Sovet İttifaqı üzərində uçan Amerika meteoroloji təyyarəsinin itdiyini açıqlayır. Lakin ABŞ rəsmiləri təyyarənin pilotunun sağ olmasından və təyyarənin çox zərər görmədən sovetlərin əlinə keçməsindən xəbərsiz idi. Hadisədən sonra 1960-cı il mayın 5-də açıqlama verən Xruşşov sovetlərə qarşı olan bu düşmən münasibətin cavabsız qalmayacağını bütün dünyaya bəyan etdi. Daha sonra dünya ictimaiyyəti pilotun sağ-salamat ələ keçirildiyini öyrəndiyi üçün ABŞ Sovetlər üzərində casus uçuşlarını qəbul etməli oldu.

Frensis Qari Pauers Sovet İttifaqında mühakimə olunmuş və 10 il həbs cəzasına məhkum edilmişdir. Pauers Stalinin oğlu kimi görkəmli cinayətkarların saxlandığı Moskva vilayətinin şərqindəki Vladimir şəhərindəki Vladimirski həbsxanasında qaldı. İki il sonra o, Şərqi Almaniyada KQB casusu Rudolf Abel ilə mübadilə edilmiş və ABŞ-yə qayıtmışdır. U-2-lərlə bağlı heç bir sirr açmasa da, Amerikada Pauersi kifayət qədər soyuq qarşılamışdırlar. Pauersin tənqid edilməsinin ən mühüm səbəblərindən biri odur ki, o, təyyarə qəzaya uğrayandan sonra intihar etməyib və sovetlərə təslim olunmağa müqavimət göstərməyib. Pauers ölkəsinə qayıtdıqdan sonra Lockheed Pauersi yenidən işə götürmüşdür. 1970-ci ilə qədər U-2-lərdə sınaq uçuşları edən Pauers 1977-ci ildə özünün sürmüş olduğu helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişmişdir.

  1. 1 2 3 4 Francis Gary Powers // Encyclopædia Britannica (ing.).
  2. https://ancexplorer.army.mil/publicwmv/index.html#/arlington-national/.