Şərqi Almaniya


Tarixi dövlət
Almaniya Demokratik Respublikası
alm. Deutsche Demokratische Republik (DDR)
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

Paytaxt Şərqi Berlin
Dilləri alman dili
Rəsmi dilləri Alman dili
Valyuta Alman markası
Ərazisi
  • 108.179 km²
Əhalisi
  • 16.111.000 nəf. (1990)
İdarəetmə forması Sosialist-Demokratik respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya) — İkinci Dünya müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki ÇexiyaSlovakiya) və PXR (indiki Polşa) ilə həmsərhəd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, RostokKotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, hökuməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Baş prokuroru seçirdi.

1990-cı ildə ADR Almaniya Federativ Respublikası ilə birləşmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]