Qafqaz zanbaqcası (lat. Fritillaria caucasica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməkdə olanlar" kateqoriyasına aiddir - EN A1c; B1ab (iii). Azərbaycanın endemik növüdür.
Qafqaz zanbaqcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz zanbaqcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çoxillik ot bitkisidir, soğanağı xırdadır. Gövdəsi çılpaq, zəif, 25 sm hündürlükdədir. Yarpaqlar azsaylıdır, uzunsov və ya uzunsov-lansetşəkillidir, alt yarpaqlar bir qədər enli, üst yarpaqları çox ensiz, dar-neştərşəkilli və ya xətvaridir. Alt yarpaqlar 2 sm-ə qədər enindədir. Çiçəkləri təkdir. Çiçək yatağı zəngvarı, konusşəkilli, 2,5 sm uzunluğunda, göyümtül, bənövşəyidir.
Çiçəkləmə aprel-iyun aylarında baş verir. Kolluqlarda, çınqıllı yamaclarda, meşə kənarlarında, orta dağ qurşağında rast gəlinir. Dekorativ bitkidir.
Naxçıvanın dağlıq hissəsi (Batabat gölü), Kiçik Qafqazın şimalı, Diabar.
Populyasiyaları azalır. Antropogen amillər itmə təhlükəsini yaradır.
Antropogen amillər (əhali tərəfindən yığılması, otarılma, tapdalanmaya, ətraf mühit amillərinə həssas növ olması).
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen amillərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.