Friza boğazı (rus. Фриза (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını İturup adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 40 km təşkil edir. Dərinliyi 1300 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33 - 34,4 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir[1]. Boğazın ümumi sahəsi 17,85 km²-dir. Orta dərinlik 500 m-dir. Şimalında Baydorasnaya buxtası və Şukin körfəzi vardır. Rusiyanın ən hündür şəlalərindən biri olan İlya Muromeç şəlaləsi axır. Boğazın adı isə 1643-cü ildə onu üzüb keçən və öyrənən holland səyyahı Maartena Qerritsen De Frizanın şərəfinə adlandırılmışdır. Boğaz 1855-1875-ci illərdə Rusiya və Yaponiya arasında sərhəd təşkil edirdi. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
Friza boğazı | |
---|---|
rus. Фриза (Пролив) | |
Ümumi məlumatlar | |
Eni | minimum 40 km |
Uzunluğu | 30 km |
Ən böyük dərinliyi | 1300 m |
Yerləşməsi | |
45°31′23″ şm. e. 149°10′10″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Urup adasını İturup adasından |
|