Fuşimi İnari məbədi

Fuşimi İnari məbədi (伏見稲荷大社, Fuşimi İnari-tayşa?)Yaponiyanın Kioto prefekturasının Kioto şəhərinin Fuşimi rayonunda yerləşən şintoist məbədi.[1] Kənd təsərrüfatı kamisi olan Uka-no-Mitamaya, eləcə də, insanların sadə ehtiyaclarını qoruyan digər 4 kamiyə həsr olunmuşdur.[1]

Şintoizm
Fuşimi İnari məbədi
伏見稲荷大社
34°58′01″ şm. e. 135°46′22″ ş. u.
Din
İlahi gücü Uka-no-Mitama
Festivalları İnari festivalı (9 aprel)
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura  Kioto prefekturası
Şəhər Kioto
Rayon Fuşimi
inari.jp
Fuşimi İnari məbədi xəritədə
Fuşimi İnari məbədi
Fuşimi İnari məbədi
Şintoizm terminologiyası

Tarix[redaktə | mənbəni redaktə et]

Məbəd 711-ci ildə Kiotonun cənub-şərqində yerləşən İnari dağında tikilmişdir.[1] 816-cı ildə buddizmin Şinqon sektasının qurucusu olan Kukayın təşəbbüsü ilə məbəd dağın ətəyinə köçürülmüşdür.[1] Kukay hesab edirdi ki, məbədin ilahları yaxınlıqda yerləşən Şinqon məbədi olan To məbədinin qorunmasını təmin edəcəklər.[1]

Fuşimi İnari məbədi əsrlər boyunca Yaponiyada ən populyar şintoist məbədlərindən birinə çevrilmişdir.[1] Xüsusilə, siravi şəxslərin tez-tez ziyarət etdiyi məbəd olmuşdur.[1]

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Fuşimi İnari məbədi Yaponiyada yerləşən 40.000-dən çox İnari məbədinin mərkəzi məbədi hesab olunur.[1] Naqare-zukuri üslubunda tikilmiş əsas ibadətgahı 1499-cu ilə aid edilir.[1]

Məbədin illik festivalı olan İnari festivalı 9 aprel tarixində baş tutur.[1] Yaponiyada Ay təqvimi üzrə ikinci ayın birinci At günündə Fuşimi İnari məbədini və ya yerli İnari məbədini ziyarət etmək geniş yayılmış adətdir.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 375. ISBN 0-87011-622-3. İstifadə tarixi: 24 avqust 2022.