Fuad Əliyev (28 iyul 1983) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Fuad Əliyev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Fuad Əliyev | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
Doğum tarixi | ||||||||
Boyu | 172 sm. (5 ft 6 in) | |||||||
İdman növü | Güləş | |||||||
Karyera illəri | 1993—2010 | |||||||
Məşqçisi | Bəhram Mürvətov | |||||||
Medallar
|
Fuad Əliyev 2006-cı ilin aprelində Rusiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Daha sonra o, iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.[3]
2007-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Avropa Çempionatını 12-ci[4], 2008-ci ilin aprelində Tampere şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatını isə 26-cı[5] pillədə başa vuran Fuad Əliyev, iyununda baş tutan Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[6]
Fuad Əliyev 2009-cu ilin yanvarında Fransada Kristo Lutte Turnirini bürünc medalla[7], aprelində Litvada Avropa Çempionatını[8] və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə beşinci pillələrdə başa vurdu.[9]
2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Fuad Əliyev 27 yaşında idmanla vidalaşdı.[10]
Avropa Çempionatı | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Finlandiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Kristo Lutte Turniri | Fransa | |||
Avropa Çempionatı | Litva | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan |