Fuad Hüseyn oğlu Axundov (21 aprel 1968, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı jurnalist, Bakı tarixi və memarlığı üzrə tədqiqatçı, bələdçi, teleaparıcı.[1][2]
Fuad Axundov | |
---|---|
Fuad Hüseyn oğlu Axundov | |
Doğum tarixi | 21 aprel 1968 (56 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Azərbaycan Kanada |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | jurnalist, tədqiqatçı, bələdçi, teleaparıcı |
Mükafatları |
Fuad Axundov 1968-ci il aprelin 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1975–1985 — Bakı şəhəri 23 nömrəli orta məktəb şagirdi.
1985–1992 — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub, bakalavr dərəcəsi alıb.
1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb.
2000–2001 — ABŞ-ın Harvard Universitetinin Dövlət idarəetmə məktəbində oxuyub (Master in public administration, KSG, Harvard), maqistr dərəcəsi alıb.
2008–2016 — Kanadada, Toronto Universitetinin Ontario təhsil araşdırmaları institutunda oxuyub (Master in arts in education. OISE/UofT), maqistr dərəcəsi alıb.
1989–1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb.
1992–1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı, və ingilis dilini tədris etmişdir. Bakı şəhərinin tarixi haqqında fakultativ dərslər aparırdı.
2006–2011-ci illərdə İctimai Televiziya kanalında "Бакинские тайны" (Bakının sirləri) tarixi verilişlər proqramın müəllifi və aparıcısı.[3]
2020-ci ildən AzTV-də "Əsrlər, Nəsillər" proqramın müəllifi və aparıcısıdı.
AZƏRTAC İnformasiya Agentliyində, "Бакинский рабочий" (Bakinski raboçi), "Вышка" (Vışka), "525-ci qəzet" qəzetlərində, o cümlədən "Ваш дом" (Sizin ev), "Баку" (Bakı), "Azerbaijan International" jurnallarında vaxtaşırı çap olunur, bir sıra müxtəlif nəşrlərin müəllifidir.
2023-cü ilin dekabr ayından etibarən vaxtaşırı "Qafqaz Xəbərləri" YouTube layihəsinin verilişlərinə dəvət olunur.
Valideynləri: atası — Hüseyn Məmməd-Həsən oğlu Axundov (1945–2022) — şərqşünas, ərəb dili müəllimi, anası — Alla İqorevna Krayevskaya (1941–2003) — şərqşünas, ərəb dili müəllimi.
Həyat yoldaşı: Şaxanə Oktay qızı Məmmədova (1968), 1999–2020-ci illərdə nikahda idilər.
Övladı: Maqsud (1999).
1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir.
1993-cü ildən 2007-ci ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polis polkovnik-leytenantıdır.
"Humay" Milli mükafatı laureatı — 2. may 2006
Dövlətlərarası "Mir"("Мир") teleradio şirkətinin "Бриллиант содружества" (Birlik Brilyantı) müsabiqəsinin "Ən yaxşı mədəni və təhsil proqramı" nominasiyasının laureatı — 2006-cı il dekabr
"Tərəqqi" medalı — 2. oktyabr 2023[4]
Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan "Əsrlər, Nəsillər" layihəsi çərçivəsində "Fortis Construction"ın sponsorluğu ilə çəkilmiş sənədli filmlər: