Fuad Xəlilov

Fuad Əhməd oğlu Xəlilov (17 noyabr 1923, Bakı14 oktyabr 2015[1], Hollivud, Kaliforniya) — Azərbaycan rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar rəssamı (1979).

Fuad Xəlilov
Doğum tarixi 17 noyabr 1923(1923-11-17)
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 2015(2015-10-14)[1] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Rouz-Hils xatirə parkı[d][1]
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1979
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Şərəf nişanı" ordeni — 1980 "Döyüş xidmətlərinə görə" medalı

Fuad Xəlilov 17 noyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə Böyük Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanmışdır. Ağır xəsarət aldığına görə 1944-cü ildə tərxis olunmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1945-ci ildə köməkçi rəssam kimi "Arşın mal alan" filminin hazırlanmasında iştirak etmişdir. 30 ildən artıq Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. "Xanəndənin taleyi" onun opera teatrında quruluş verdiyi tamaşalardandır.[2]

Fuad Xəlilov 14 oktyabr 2015-ci ildə Hollivudda vəfat etmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Fuad Khalilov // Find a Grave (ing.). 1996.
  2. "В Голливуде скончался азербайджанский художник" (rus). Trend İnformasiya Agentliyi. 18 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]