Fundament (rus. фундамент ing. basement, basal complex, fundamental complex) /özül/ - geologiyada, nisbətən daha qədim adətən intensiv qırışmış və metamorfizləşmiş süxur kompleksləri platformaların /kratonların/, eləcə də okeanlarda və qırışıq vila-yətlərdə ona ekvivalent törəmələrin əsasını təşkil edir. F. yer qabığının platformayaqədərki /geosinklinal/ inkişaf mərhələsində əmələ gəlir. Qədim platformaların F. kristallik, cavan platformalarınkı isə qırışıqlı özül adlanır; Baykal və Fanerozoy geosinklinal vilayətlərində qədim platformaların F. kompleks özülə uyğun gəlir.[1]