Fungisidlər

Fungisidlər lat. fungus - göbələk pestisidlər qrupundan olub fıtopatogen göbələklərin törətdiyi xəstəliklərdən bitkiləri qorumaq üçün preparatlar.[1]

Öz kimyəvi təbiətinə görə Fungisidlər qeyri-üzvi və üzvi birləşmələrə, həmçinin antibiotiklərə aid edilir. 200-ə qədər fungisidlər məlumdur, onlardan 1500-dən çox preparat formaları və kombinasiyaları buraxılır: isladıcı tozlar, emulsiya konsentratları, dustlar, tozlar, qarışıq suspenziyalar, pastalar və s. Təsirinə görə Fungisid qoruyucu, müalicə edici olur. Ətraf mühitə mənfi təsirindən çəkinmək üçün Fungisiddən istifadə olunma qaydalarına, xüsusən doza və vaxtına ciddi riayət edilməlidir. Bir çox ölkələrdə, o cümlədən respublikamızda Fungisiddən istifadə olunması qanunla nizama salınır.

FUNGİSİDLƏR- əsasən iki yarımqrupa bölünür:

  1. Bitkilərin vegetasiyası dövründə istifadə olunan fungisidlər
  2. Bitki cücərtilərini xəstəlik törədicilərindən qorumaq məqsədi ilə, səpinqabağı toxumları dərmanlamaq üçün istifadə olunan fungisidlər

Öz növbəsində bitkilərin vegetasiyası dövründə istifadə olunan fungisidlər də profilaktiki və qırıci təsirli fungisidlərə bölünür. Profilaktiki təsirli fungisidlər bitkiləri müxtəlif infeksiyalardan mühafizə edir, qırıcı təsirli fungisidlər isə bitkilərin xəstəliklərdən müalicəsi üçün tətbiq edilir. Fungisidlər eyni zamanda kontakt və sistem təsirli olurlar.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008