Alternariozlar

Alternariozlar, – Alternaria cinsindən olan göbələklərin törətdiyi bitki xəstəliyi. Alternariozlar kartofda, tərəvəzdə, dənli, texniki və başqa bitkilərdə olur. Kələmkimilər fəsiləsindən olan bitkilərin bütün yer üstü hissələrini zədələyir; tünd ərplə örtülmüş ləkələr şəklində təzahür edir. Alternariozlar məhsulu azaldır, onun keyfiyyətini pisləşdirir. Xəstəlik törədiciləri toxumlarda, bitki qalıqlarında, alaq otları üzərində sporlar və mitseli şəklində qalır. Mübarizə tədbirləri: davamlı sortlar seçmək, toxumları dərmanlamaq, növbəli əkin tətbiq etmək, bitki qalıqlarını məhv etmək, icazə verilən fungisidlər çiləmək.

Alternariozlar
69 yaşlı yaşlı qadının sol qolunda müşahidə olunan Alternariozlar xəstəliyi.
69 yaşlı yaşlı qadının sol qolunda müşahidə olunan Alternariozlar xəstəliyi.
MeSH D060487


  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 397. ISBN 978-9952-441-02-4.