Funksionalizm — sosioloji məktəb, cərəyan.
Etnologiyada funksionalizm sosioloji məktəbin prinsiplərinin sonrakı inkişafının məntiqi nəticəsi idi. Əgər diffuzionizmin vətəni Almaniya, sosiologiyanın vətəni Fransa idisə, funksionalizm istiqaməti İngiltərədə yaranmışdı və nə qədər geniş yayılsa da, ingilis nəzəriyyəsi olaraq qalırdı. Bunun da özünün siyasi səbəbləri vardı.
Funksionalizm məktəbin tədqiqat obyektinə istənilən ictimai institutun malik olduğu və birbaşa onun saxlanılmasına xidmət edən funksiyaların öyrənilməsi daxildir. Bu məktəb XX əsrin 20-ci illərində İngiltərədə etnologiyada əsas yer tuturdu.
İlk funksionalizm nəzəriyyəsini alman etnoloqu R. Turnvald 1911-ci ildə irəli sürmüşdür. Amma funksionalizmin mövqeyi Böyük Britaniyada daha güclü oldu.
Burada Malinovskinin rəhbərliyi altında XX əsrin 20-ci illərindən etibarən tezislər irəli sürülməyə başlandı. Malinovskinin ilk tezisi belə idi: mədəniyyəti onun cizgilərinə görə deyil, institutlarına görə təhlil etmək lazımdır. O bildirirdi ki, parlament idarəçiliyi mədəniyyətin mühüm elementi hesab edilir və çinlilərdə istifadə edilən çubuqlar isə yalnız qida prosesində kiçik bir elementdir.
Funksionalizmin banisi Bronislav Malinovski (1884–1942) milliyyətcə polyak olub, Krakovda anadan olmuşdur. B. K. Malinovski universitetdə fizika və riyaziyyat təhsili almış, Freyzerin "Qızıl budaq" əsərinin təsiri ilə etnologiya və mədəniyyət tarixi ilə maraqlanmışdır. O, Leypsikdə Karf Büxerin iqtisadi tarixə dair mühazirələrini dinləmiş, Londonda Zelinqmanın ideyaları ilə tanış olmuşdur. Hələ tələbə ikən onun ilk ciddi işi "Avstraliya yerlilərinin ailəsi" adlı işi nəşr olunur. O. 1914-cü ildə Avstraliyaya yola düşür və Avstraliya ekspedisiyasında (1914–1921) iştirak edir. Yeni Qvineya və onun ətrafındakı adalarda apardığı tədqiqatlar Malinovskiyə bütün ömrü boyu kifayət edir. Müharibə qurtardıqdan sonra İngiltərəyə qayıdan Malinovski 1921-ci ildən etibarən ardıcıl kitablar nəşr etməyə başlayır. Funksional metodun əhəmiyyətli cizgiləri onun ilkin əsərlərində özünü göstərirdi: "Manlu adasının yerli əhalisi", "Trabrian adası sakinlərinin ibtidai iqtisadiyytı", "Sakit okeanın qərb hissəsinin arqonavtları", "Vəhşi cəmiyyətdə cinayətlər və adətlər" və s. adlı əsərləri "funksionalizm" təliminin metodoloji əsasını təşkil etdi. Funksional metodun əsas tələbi bundan ibarətdir ki, hər bir xalqın mədəniyyətinə və məişətinə ayrı-ayrı hissələri qarşılıqlı əlaqədə olan bir tam kimi baxmaq lazımdır. Bu hissələrin hər biri öz rolunu və funksiyasını yerinə yetirir.
Malinovski "Mədəniyyətin elmi nəzəriyyəsi" (1944) əsərində öz elmi baxışlarını, elmi metodunu izah edir və qeyd edir ki, etnologiyanın əsas predmeti mədəniyyətdir. O, mədəniyyəti özünəməxsus bioloji amil kimi qəbul edirdi: mədəniyyət bioloji bazisə əsaslanır. İnsan adi heyvan kimi ilk növbədə özünün sadə bioloji tələbatlarını ödəyir. İnsan özünü qida, yanacaq, yaşayış yeri, paltar və s. ilə təmin edir. Bunları edərkən insan özünəməxsus ətraf mühiti formalaşdırır ki, bu da məhz mədəniyyətdir. Amma bu mədəniyyətin qayğısına qalmaq və daima yeniləşdirmək lazımdır. Mədəniyyət elə bir maddi və mənəvi amildir ki, insanlar onun vasitəsilə qarşıya çıxan spesifik məsələləri həll edirlər. B. Malinkovski qeyd edirdi ki, funksional metodun başlıca tələbləri hər hansı bir xalqın məişət və mədəniyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan və hər birinin öz rolu, funksiyası olan hissələr sistemindən ibarət olmasıdır. İngiltərə isə Afrikada dayaq kimi nəsli-qəbilə əyanlarından istifadə edirlər.
Malinovski öz nəzəriyyəsini izah edərkən, əvvəlki etnoloji nəzəriyyələrə də tənqidi yanaşırdı. O, xüsusilə Taylorun "qalıqlar" metodunu kəskin tənqid edərək, yazırdı: "qalıq" sözü elmə böyük zərbədir. Tədqiqatçılar öyrənilən amilin real, həyati funksiyasını öyrənmək əvəzinə, hər yerdə qalıq axtarırdılar. Əslində isə əvvəlki funksiyaların yerinə yenisini qazanmış mədəni amillər var. O. bir sıra misallar da gətirir və qeyd edir ki, London küçələrində müasir maşınlarla yanaşı, at arabaları da var. Bu qalıq deyil. Keçmişə romantik səyahətdir. Həmin küçələrdə köhnə maşın qalıq deyil, onun sahibinin iqtisadi göstəricisidir. Müasir istilik sistemləri olan evlərdə divar daş sobaları (kamin) isə rahatlıqdır. Malinovski funksionalizmi ümumi olaraq bu cür formalaşdırmışdı:
Funksionalizmin ikinci böyük nümayəndəsi Alfred Radklif-Braun (1881–1955) hesab olunur. Əslən ingilis olan Radklif-Braun Riversin tələbəsi olmuş "Kembric məktəb"nin metodoloji istiqamətini mənimsəmiş, eyni zamanda Dyürkqeym və rus inqilabçı mühaciri və alimi Pyotr Kropotkinin ideoloji təsirinə məruz qalmışdır. O, Cənubi Afrika, Avstraliya, ABŞ, İngiltərə və Misirdə mühazirələr oxumuşdur. Şimal-qərbi Avstraliyada Andaman adalarında, Afrikada, Polineziyada apardığı tədqiqatlarının nəticəsində ardıcıl kitablar nəşr etdirmişdir. "Andaman adaları", "Etnologiya və sosial antropologiyanın metodu"(1950), "Mədəniyyətin tarixi və funksional şərhi", "Antropoloji tədqiqatlarda hazırkı vəziyyət" adlı əsərləri bu qəbildəndir. Radklif-Braun bu əsərlərində öz nəzəri baxışlarını və metodunu tam ifadə edir. O, yazır ki, antrpologiya elmi insan və insan həyatının bütün aspektləri haqda elm kimi 3 sahəyə bölünür:
O, bildirirdi ki, etnologiya konkret xalqları, onların daxili inkişafını, onlar arasında mədəni əlaqələrin tarixini öyrənir. Etnologiyanın əsas metodu insan mədəniyyətinin tarixi bərpasıdır. Bu işi müvafiq xalqın konkret mədəniyyəti çərçivəsindən kənara çıxmayaraq yazılı mənbələrin birbaşa iştirakına, eyni zamanda nəzəri bərpaya əsaslanır. Sosial antropologiya isə müxtəlif xalqların mədəniyyətlərinin bərpası ilə deyil sosial və mədəni inkişafın ümumi qanunlarının axtarışı ilə məşğuldur.
1931-ci ilədək Radklif-Braun "mədəniyyət" termininindən, sonra isə sosial antropologiyada "sosial quruluş" ifadəsindən çox istifadə edirdi. Qeyd etmək olar ki, Radklif Braunun funksionalizm nəzəriyyəsinin əsasını xalqların mədəniyyəti təşkil edirdt. Malinovskiyə görə, ibtidai xalqların mədəniyyətinin öyrənilməsinin qeyri-mümkünlüyü onların yazısının olmaması ilə bağlıdır.
Malinovski və Radiklif-Braunun bir çox ölkələrdə davamçıları var idi. Onların ideyaları daha çox keçmiş Britaniya imperiyası ölkələri, İngiltərə, Cənubi Afrika, Avstraliya. Yeni Zellandiyada daha geniş yayılmış, amerikan və fransız etnologiyasına da müəyyən təsir göstərmişdir. Bu məktəbin nümayəndələri sırasına Raymond Förs, Maks Qlukmen, Meyer Fortes, Eduard Evans-Pritçard və başqalarını aid etmək olar.
Beləliklə, funksionalizmin əsas ideyaları bunlardır: